Lixtenşteyn - Azərbaycan: Heyətlər
13 Noyabr 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
693
12.01.2026, 12:08
Bakıda boks məşqçiləri üçün seminar başlayıb.
Bu barədə Oxu24.com-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Boks Mərkəzində təşkil olunan təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edir. O, məşqçilərə qaydalardakı yeni dəyişikliklər, onların tətbiqi, dərsliklərdəki məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Bu, iki – nəzəri və praktiki hissədən ibarət olacaq. Yekunda məşqçi-müəllimlər imtahan verəcəklər.
Təlimlərdən öncə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov iştirakçılara seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən məşqçilərinin biliklərinin daha da artırılması, beynəlxalq mühitə inteqrasiya edilməsidir: "Hədəf boksda, hakimlikdə və məşqçilikdə ön sıralarda olmaqdır".
Adam Kusior isə son illər Azərbaycanda boksun inkişafını yüksək qiymətləndirib. O qeyd edib ki, 2 il öncə də Bakıda seminar keçib və ölkəmizdə kifayət qədər yüksək potensiala malik məşqçilər var:"İnanıram ki, bu gün seminara qatılan mütəxəssislər də tezliklə özlərini yaxşı tərəfdən göstərəcək, yetirmələrinin nəticələri ilə milli komandalara böyük fayda verəcəklər".
30-a yaxın məşqçinin qatıldığı seminar yanvarın 18-də yekunlaşacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.
22:28 / 14 Noyabr 2026
68
22:19 / 14 Noyabr 2026
43
21:55 / 14 Noyabr 2026
75
21:32 / 14 Noyabr 2026
96
21:22 / 14 Noyabr 2026
121
21:11 / 14 Noyabr 2026
535
21:04 / 14 Noyabr 2026
540
21:02 / 14 Noyabr 2026
101
20:56 / 14 Noyabr 2026
359
20:50 / 14 Noyabr 2026
111
20:38 / 14 Noyabr 2026
111
20:23 / 14 Noyabr 2026
1096
19:54 / 14 Noyabr 2026
106
19:50 / 14 Noyabr 2026
108
19:36 / 14 Noyabr 2026
1734
19:15 / 14 Noyabr 2026
142
19:12 / 14 Noyabr 2026
138
19:05 / 14 Noyabr 2026
127
18:50 / 14 Noyabr 2026
137
18:43 / 14 Noyabr 2026
142
18:21 / 14 Noyabr 2026
949
18:09 / 14 Noyabr 2026
155
18:06 / 14 Noyabr 2026
592
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.