Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
13 May 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
1744
07.01.2026, 16:02
Həmzə Çoudhur “Qarabağ”ın transfer təklifini rədd edib.
İngiltərənin “Lester Siti” klubunun yarımmüdafiəçisi Həmzə Çoudhur Azərbaycan çempionu “Qarabağ” FK-nın transfer təklifini qəbul etməyib.
Oxu24.com xəbər verir ki,mənbələrdən əldə edilən məlumata görə, Ağdam təmsilçisi 27 yaşlı futbolçunun xidmətində maraqlı olub və tərəflər arasında ilkin danışıqlar aparılıb. Lakin Çoudhur karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirmək istədiyi üçün təklifi rədd edib.
Bildirilir ki, Banqladeş əsilli ingilis futbolçuya bir neçə Çempionşip və Superliqa klubu da maraq göstərir. Bu səbəbdən yarımmüdafiəçi hazırda daha yüksək səviyyəli liqalardan gələcək təklifləri dəyərləndirməyə üstünlük verir.
Qeyd edək ki, Həmzə Çoudhur karyerası ərzində “Lester Siti” ilə yanaşı icarə əsasında “Uotford” və “Şeffild Yunayted” klublarında da çıxış edib. O, həmçinin Banqladeş milli komandasının formasını geyinir.
“Qarabağ” FK isə yay transfer pəncərəsində heyətini gücləndirmək üçün alternativ namizədlər üzərində işini davam etdirir.
Nigarxanım
11:31 / 14 May 2026
1
11:17 / 14 May 2026
20
11:13 / 14 May 2026
31
11:09 / 14 May 2026
32
11:05 / 14 May 2026
30
11:01 / 14 May 2026
121
10:52 / 14 May 2026
302
10:44 / 14 May 2026
41
10:42 / 14 May 2026
37
10:15 / 14 May 2026
46
10:14 / 14 May 2026
54
10:12 / 14 May 2026
49
10:11 / 14 May 2026
48
10:08 / 14 May 2026
44
09:32 / 14 May 2026
55
09:12 / 14 May 2026
74
00:25 / 14 May 2026
250
23:53 / 13 May 2026
379
23:36 / 13 May 2026
266
23:05 / 13 May 2026
994
23:05 / 13 May 2026
349
23:03 / 13 May 2026
121
23:00 / 13 May 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.