AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
14 May 2026, 15:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
2856
05.01.2026, 14:22
Qarabağ FK Abdulla İqbal üçün rəsmi təklif göndərib.
Oxu24.com PakistaniFootball portalına istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” FK İsveçin son çempionu “Myellbü” klubunun pakistanlı futbolçusu Abdulla İqbal üçün rəsmi transfer təklifi göndərib.
Məlumata görə, Ağdam təmsilçisi 23 yaşlı mərkəz müdafiəçisini heyətinə cəlb etməkdə maraqlıdır. Klubun futbolçunun çıxış etdiyi tərəfə artıq rəsmi müraciət etdiyi bildirilir. Hazırda tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.
Transferlə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, “Myellbü” başa çatan mövsümdə İsveç çempionluğunu qazanıb. Abdullah İqbal 2024-cü ilin avqust ayından etibarən bu klubun formasını geyinir. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu cari mövsümdə 24 oyunda meydana çıxaraq stabil performansı ilə diqqət çəkib.
Məşhur Transfermarkt portalının məlumatına görə, Abdulla İqbalın bazar dəyəri 2 milyon avro təşkil edir. O, klub karyerası ilə yanaşı, Pakistan milli komandasının kapitanıdır və indiyədək yığmanın heyətində 19 oyuna çıxıb.
Transfermarkt portalı Abdulla İqbalın "Qarabağ" FK transferini 50% olaraq dəyərləndirib.
Nərmin
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.