Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün “Avro-2024”də daha üç oyun olacaq - Fransa da meydana çıxır

Bu gün “Avro-2024”də daha üç oyun olacaq - Fransa da meydana çıxır

İDMAN

387

17.06.2024, 12:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyada keçirilən futbol üzrə 2024-cü ilin Avropa çempionatı davam edir.

Bu gün daha 3 oyun olacaq.

E qrupunda Rumıniya – Ukrayna ilə qarşılaşacaq. Qrupun digər matçında Belçika Slovakiyanı sınağa çəkəcək.

D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə üz-üzə gələcək.

17 iyun

Avro-2024

E qrupu

17:00. Rumıniya - Ukrayna
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. "Alliants Arena"

20:00. Belçika - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. "Frankfurt Arena"

D qrupu

23:00. Avstriya - Fransa
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")