Qaynar xətt:

(+99450) 247 90 86

Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib

Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib

İDMAN

435

03.06.2024, 11:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.

Oxu24.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.

O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.

Qeyd edək ki, A.Zubir 2018-ci ilin yayından “Qarabağ”da forma geyinir.