Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
362
08.09.2026, 18:11
Gündəlik həyatda tanışlarımızın telefon nömrəsini, ünvanını və digər şəxsi məlumatlarını üçüncü şəxslərə ötürmək adi hal kimi qəbul edilir. Lakin bir çox insan bu cür məlumatların sahibinin razılığı olmadan paylaşılmasının hüquqi məsuliyyət yarada biləcəyindən xəbərsizdir.
Məsələ təkcə telefon nömrələri ilə məhdudlaşmır. Şəxsiyyət vəsiqəsinin surəti, yaşayış ünvanı, şəxsi yazışmalar və digər fərdi məlumatlar da şəxsi məlumat hesab olunur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Mirəhməd Qafarov bildirib ki, fərdi məlumatların qorunması qanunvericiliyin əsas tələblərindən biridir.
Vəkilin sözlərinə görə, şəxsi məlumatların sahibinin razılığı olmadan üçüncü şəxslərə ötürülməsi hüquqi məsuliyyət yarada bilər. Bu səbəbdən vətəndaşlar başqasına məxsus məlumatları paylaşarkən daha diqqətli olmalıdırlar.
Mirəhməd Qafarov qeyd edib ki, gündəlik həyatda heç bir pis niyyət olmadan, sadəcə kiminsə xahişi ilə başqa bir şəxsin telefon nömrəsini ötürmək adi hal kimi qəbul edilir. Lakin belə hallarda da məlumat sahibinin razılığının olub-olmaması nəzərə alınmalıdır.
Vəkil vurğulayıb ki, hər hansı şəxsi məlumatı başqa birinə göndərməzdən əvvəl həmin şəxsin icazəsinin alınması vacibdir.
Qeyd edək ki, fərdi məlumatların qanunsuz toplanması, istifadəsi və yayılması ilə bağlı məsuliyyət məsələləri qanunvericiliklə tənzimlənir.
Nigar
13:27 / 15 Noyabr 2026
13
12:55 / 15 Noyabr 2026
577
12:36 / 15 Noyabr 2026
212
12:28 / 15 Noyabr 2026
95
12:11 / 15 Noyabr 2026
99
11:52 / 15 Noyabr 2026
147
11:43 / 15 Noyabr 2026
92
11:29 / 15 Noyabr 2026
110
11:20 / 15 Noyabr 2026
101
11:20 / 15 Noyabr 2026
107
11:10 / 15 Noyabr 2026
103
11:07 / 15 Noyabr 2026
609
10:50 / 15 Noyabr 2026
110
10:25 / 15 Noyabr 2026
263
10:21 / 15 Noyabr 2026
109
10:18 / 15 Noyabr 2026
103
10:12 / 15 Noyabr 2026
135
09:35 / 15 Noyabr 2026
512
07:35 / 15 Noyabr 2026
218
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.