Mobil tətbiqlər şəxsi məlumatlarımızı necə toplayır? – Hüquqşünasdan VACİB AÇIQLAMA
24 İyul 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
217
17.07.2026, 11:54
Boşanmadan sonra ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də keçmiş həyat yoldaşının nikah zamanı götürdüyü soyadı istifadə etməyə davam etməsidir. Bir çox şəxslər hesab edir ki, nikah pozulduqdan sonra keçmiş həyat yoldaşı həmin soyaddan məcburi şəkildə imtina etməlidir. Lakin qüvvədə olan qanunvericilik bu məsələyə fərqli yanaşır.
Vəkil Xəyalə Məmmədova Oxu24.com-a açıqlamasında bildirib ki, nikahın pozulması keçmiş həyat yoldaşının avtomatik olaraq həmin soyaddan imtina etməsi anlamına gəlmir.
Onun sözlərinə görə, nikaha daxil olarkən tərəflər könüllü şəkildə soyad seçimi edirlər. Əgər qadın nikah zamanı ərinin soyadını qəbul edibsə və bu, rəsmi qaydada dövlət qeydiyyatına alınıbsa, sonradan həmin soyaddan istifadə edib-etməmək onun şəxsi hüququ hesab olunur.
Vəkil qeyd edib ki, mövcud qanunvericilik keçmiş ərin məhkəmə qaydasında müraciət edərək keçmiş həyat yoldaşının onun soyadından istifadəsini qadağan etməsinə imkan vermir. Bu barədə məhkəmələrə müraciətlər edilsə də, qanunda belə bir tələb nəzərdə tutulmadığından həmin iddiaların hüquqi əsası olmur.
"Soyad nikah zamanı qanuni əsaslarla qəbul edilir. Nikah pozulduqdan sonra həmin soyadın məcburi qaydada geri alınması və ya şəxsin soyadını dəyişməyə məcbur edilməsi ilə bağlı qanunvericilikdə hər hansı norma yoxdur. Başqa sözlə, keçmiş ər soyadını 'geri tələb etmək' hüququna malik deyil", – deyə Xəyalə Məmmədova bildirib.
Onun sözlərinə görə, nikah pozulduqdan sonra qadın istər əvvəlki soyadına qayıda, istərsə də nikah dövründə qəbul etdiyi soyadı saxlaya bilər. Bu seçim tamamilə onun iradəsindən asılıdır və heç bir şəxs onu məcburi şəkildə dəyişməyə vadar edə bilməz.
Vəkil vurğulayıb ki, bu məsələ daha çox hüquqi deyil, mənəvi və psixoloji müstəvidə narazılıq doğurur. Cəmiyyətdə bəzi şəxslər keçmiş həyat yoldaşının eyni soyadı daşımasını istəməsələr də, bu narahatlıq hüquqi əsas yaratmır.
"Əlbəttə, bəzi insanlar bunu şəxsi və ya mənəvi baxımdan qəbul etməkdə çətinlik çəkirlər. Lakin hüquqi baxımdan həmin şəxsin soyaddan istifadə etmək hüququ qorunur və bu hüquq məhkəmə qərarı ilə ləğv edilə bilməz", – deyə vəkil əlavə edib.
Xəyalə Məmmədova sonda bildirib ki, nikahın pozulması yalnız ailə münasibətlərinə xitam verir. Nikah dövründə qanuni qaydada əldə edilmiş soyadın saxlanılması isə şəxsin seçim hüququ olaraq qalır və bu hüquq yalnız həmin şəxsin öz istəyi ilə dəyişdirilə bilər.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.