Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
708
18.06.2026, 23:56
Azərbaycanda daşınmaz əmlak bazarında mülkiyyətçilərin ən çox qarşılaşdığı, həm zaman, həm də maddi baxımdan ciddi çətinlik çəkdiyi problemlərdən biri də mənzildə vaxtilə qeydiyyata alınmış, lakin faktiki olaraq orada yaşamayan, heç bir əmlak payı olmayan kənar şəxslərin statusudur. Vətəndaşlar arasında belə bir yanlış təsəvvür var ki, əgər mənzil mülkiyyətçinin öz adına sənədləşdirilibsə, o, istədiyi vaxt daxili işlər orqanlarına müraciət edib yad şəxsləri qeydiyyatdan çıxara və ya evi maneəsiz sata bilər. Lakin qanunvericilik bu məsələdə mülkiyyət hüququ ilə yaşayış və istifadə hüququ arasında ciddi balans qoruyur və mülkiyyətçinin qarşısına mütləq yerinə yetirilməli olan şərtlər qoyur.
Mövzu ilə bağlı Oxu24.com-a vəkil Yeganə Əliyeva hüquqi izahatlar verib. Vəkil mülkiyyətçilərin hüquqi çıxılmaz vəziyyətə düşməməsi üçün bu problemin mərhələli və qanuni həlli yollarını açıqlayıb.
Mülkiyyətçilərin qarşılaşdığı ilk və ən böyük maneə alqı-satqı prosesində bəyan olur. Vəkil Yeganə Əliyeva bildirir ki, mülkiyyətçi mənzilini hər hansı bir üçüncü şəxsə satmaq istədikdə, ilk növbədə həmin evdə adı qeydiyyatda (propiskada) olan bütün digər şəxslərin rəsmi və notarial qaydada təsdiq olunmuş razılığını almalıdır:
“Əgər evdə qeydiyyatda olan şəxslərin bu alqı-satqı müqaviləsinə rəsmi razılığı yoxdursa, mənzilin notarial qaydada alqı-satqısı həyata keçirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mənzil qanunvericiliyinə görə, mənzildə qeydiyyatda olan şəxsin həmin yaşayış sahəsindən istifadə hüququ var. Notariuslar mənzili qeydiyyatda olan yad şəxslərlə birlikdə satmaqla yeni alıcının hüquqlarını riskə ata bilməzlər. Bu səbəbdən qeydiyyatda olan şəxsin razılığı mütləq şəkildə tələb olunur, əks halda müqavilə bağlanmır”.
Təcrübədə ən çox rast gəlinən hallardan biri budur: Vaxtilə qohumluq, tanışlıq və ya keçmiş kirayə münasibətlərinə görə evə qeydiyyata salınan şəxs çoxdan köçüb gedib, onun harada yaşadığı məlum deyil və ya könüllü olaraq qeydiyyatdan çıxmaqdan imtina edir. Vəkil vurğulayır ki, əgər adı keçən kənar şəxslər faktiki olaraq mənzildə yaşamırsa və həmin evdən real istifadə hüququ yoxdursa, mülkiyyətçi bu problemi həll etmək üçün qanunvericiliyin nəzərdə tutduğu aşağıdakı xüsusi hüquqi proseduru addım-addım icra etməlidir:
“Qeydiyyat məsələlərinə birbaşa Daxili İşlər Nazirliyinin müvafiq strukturları baxdığı üçün, mülkiyyətçi ilk növbədə əmlakın yerləşdiyi ərazi üzrə polis orqanına yazılı ərizə ilə müraciət etməlidir. Ərizədə mənzildə qeydiyyatda olan şəxsin kənar şəxs olduğu, ailə üzvü olmadığı və uzun müddətdir orada yaşamadığı əsas gətirilərək qeydiyyatın ləğv edilməsi tələb olunur”.
Yeganə Əliyeva qeyd edir ki, bir sıra hallarda ərazi polis orqanı vətəndaşın bu müraciətindən rəsmən imtina edir. Polis orqanları vətəndaşı birtərəfli qaydada qeydiyyatdan silə bilməz, çünki bu, şəxsin konstitusion yaşayış hüququna birbaşa təsir edir. Polis qarşı tərəfin mövqeyini öyrənmədən və ya məhkəmə qərarı olmadan bu addımı atmaq səlahiyyətinə malik deyil.
Belə bir imtina halı baş verdikdə, vətəndaş polisdən rəsmi, yazılı imtina məktubu almalıdır. Bu məktub sadəcə bir sənəd deyil, məsələnin növbəti mərhələyə – məhkəmə müstəvisinə daşınması üçün qanuni pretsedent və ən vacib sübut rolunu oynayır. Alınan rəsmi imtina məktubu və mənzilə dair mülkiyyət sənədləri (çıxarış/kupça) ilə birlikdə mülkiyyətçi iddiaçı qismində məhkəməyə müraciət etməlidir. Məhkəmə prosesində iddiaçı (mülkiyyətçi) müvafiq sübutlar təqdim etməlidir. Bura qonşuların izahatları, mənzil-kommunal istismar sahəsinin (JMK) şəxsin həmin ünvanda yaşamadığına dair arayışı və digər dolayısı sübutlar daxildir. Məhkəmə cavabdeh şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə …
16:47 / 10 Noyabr 2026
30
16:41 / 10 Noyabr 2026
46
16:35 / 10 Noyabr 2026
63
16:21 / 10 Noyabr 2026
90
16:12 / 10 Noyabr 2026
140
15:58 / 10 Noyabr 2026
87
15:44 / 10 Noyabr 2026
177
15:34 / 10 Noyabr 2026
271
15:31 / 10 Noyabr 2026
84
15:25 / 10 Noyabr 2026
123
15:22 / 10 Noyabr 2026
102
14:58 / 10 Noyabr 2026
2398
14:55 / 10 Noyabr 2026
428
14:48 / 10 Noyabr 2026
402
14:23 / 10 Noyabr 2026
509
14:20 / 10 Noyabr 2026
887
14:09 / 10 Noyabr 2026
218
14:00 / 10 Noyabr 2026
896
13:44 / 10 Noyabr 2026
137
13:38 / 10 Noyabr 2026
392
13:26 / 10 Noyabr 2026
1774
13:24 / 10 Noyabr 2026
153
13:20 / 10 Noyabr 2026
355
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.