Bağ sahəsi zəbt olunubsa, hara müraciət etməli? VƏKİL AÇIQLADI
07 İyul 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
494
26.05.2026, 21:58
Azərbaycan əmək qanunvericiliyində bəzi kateqoriyadan olan işçilər üçün xüsusi iş rejimi nəzərdə tutulub. Bu qaydaların əsas məqsədi işçilərin sağlamlığının, sosial vəziyyətinin və ailə həyatının qorunmasıdır.
Oxu24.com xəbər verir ki,Əmək qanunvericiliyinə əsasən, qısaldılmış iş vaxtı müəyyən kateqoriyalı şəxslər üçün məcburi qaydada tətbiq olunur. Belə ki, 16 yaşına qədər olan işçilər üçün həftəlik iş vaxtı 24 saatdan artıq ola bilməz.
16 yaşdan 18 yaşadək olan işçilər, həmçinin orqanizm funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün həftəlik iş müddəti maksimum 36 saat müəyyən edilir.
Qanunvericilik eyni zamanda hamilə qadınların, 3 yaşınadək uşağı olan anaların və azyaşlı uşağını təkbaşına böyüdən valideynlərin də əmək hüquqlarını xüsusi qaydada qoruyur. Bu kateqoriyadan olan şəxslər üçün də iş vaxtının azaldılması nəzərdə tutulur.
Mütəxəssislər bildirirlər ki, qısaldılmış iş vaxtı ilə natamam iş vaxtı anlayışları bir-birindən fərqlənir. Qısaldılmış iş vaxtı qanunla müəyyən edilmiş xüsusi sosial təminat xarakterli rejimdir və bəzi şəxslərə məcburi şəkildə tətbiq olunur.
Natamam iş vaxtı isə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Bu, əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri davam etdiyi müddətdə tətbiq oluna bilər.
Natamam iş vaxtı həm natamam iş günü, həm də natamam iş həftəsi formasında müəyyən edilə bilər. Onun müddəti və hansı dövr üçün tətbiq olunacağı işçi ilə işəgötürənin razılığı əsasında həll edilir.
Əmək qanunvericiliyinə əsasən, işçinin sağlamlıq vəziyyəti, hamiləliyi, əlilliyi və ya ailə üzvünün xəstəliyi natamam iş vaxtında işləməyi zəruri edirsə, bu halda işəgötürən həmin məsələni nəzərə almalıdır.
Xüsusilə 14 yaşına çatmamış və ya əlilliyi olan uşağı olan qadınların müraciəti əsasında onlara natamam iş vaxtı müəyyən edilməlidir.
Mütəxəssislər vurğulayırlar ki, istər qısaldılmış, istərsə də natamam iş vaxtında çalışan işçilərin əmək hüquqları tam şəkildə qorunur. Onların əmək məzuniyyəti, əmək stajı, sosial təminat hüquqları və digər hüquqları məhdudlaşdırıla bilməz.
Qanunvericiliyə görə, natamam iş vaxtında çalışmaq işçinin hüquqlarının azaldılması üçün əsas hesab edilə bilməz və bu şəxslərə qarşı ayrı-seçkiliyə yol verilmir.
Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, əmək hüquqlarını diqqətlə öyrənsinlər və qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə etsinlər. Çünki bir çox işçi öz hüquqlarını bilmədiyi üçün qanunla nəzərdə tutulan güzəştlərdən yararlana bilmir.
Jalə
16:19 / 07 İyul 2026
1
16:13 / 07 İyul 2026
9
16:09 / 07 İyul 2026
23
16:01 / 07 İyul 2026
29
15:58 / 07 İyul 2026
31
15:43 / 07 İyul 2026
45
15:42 / 07 İyul 2026
43
15:36 / 07 İyul 2026
48
15:33 / 07 İyul 2026
63
15:12 / 07 İyul 2026
66
15:08 / 07 İyul 2026
57
15:05 / 07 İyul 2026
72
14:48 / 07 İyul 2026
71
14:46 / 07 İyul 2026
70
14:31 / 07 İyul 2026
99
14:00 / 07 İyul 2026
83
13:55 / 07 İyul 2026
80
13:52 / 07 İyul 2026
97
13:45 / 07 İyul 2026
90
13:40 / 07 İyul 2026
95
13:36 / 07 İyul 2026
99
13:29 / 07 İyul 2026
93
13:23 / 07 İyul 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.