Xalq artistinin kürəkəni ilə bağlı QƏRAR
13 Noyabr 2026, 15:37
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
38125
02.03.2026, 11:12
Krediti vaxtından əvvəl ödəyəndə əlavə faiz və xidmət haqqı tələb olunur?
İnsanlar kreditlərini müəyyən edilmiş vaxtdan əvvəl bağlamaq istəyəndə bunun üçün hansı şərtlərin tətbiq olunduğunu, əlavə ödənişlərin olub-olmadığını öyrənmək istəyirlər. Bir çox borc alan vaxtından əvvəl ödəmə ilə bağlı qərar verərkən əlavə faiz və ya xidmət haqqı ödənişindən narahat olur. Bu səbəbdən vətəndaşlar kredit müqavilələrinin şərtləri diqqətlə araşdırmalı və qanunvericilikdə nəzərdə tutulan limitləri bilməlidirlər.
Mülki Məcəllə isə bu sahədə həm borc alanların, həm də borc verənlərin hüquqlarını qoruyacaq şəkildə tənzimləmə təmin edir.
Məsələ ilə bağlı vəkil Elvin Səfərov Oxu24.com-a açıqlamasında bildirib:
“Krediti vaxtından əvvəl ödəyən şəxsdən əlavə faiz və ya xidmət haqqı tələb olunması qanuni deyil. Kredit bağlanan günə qədər faiz ödənişi tələb oluna bilər. Yalnız müqavilə ilə bəzən hansısa bir məbləğin ödənilməsi tələb olunduğu hallar istisna olmaqla.
Mülki Məcəllə - 745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.
Bank müqavilədə əvvəlcədən bu şərti qeyd edibsə, bu halda əlavə ödəniş tələb edə bilər.
Müştəri müqaviləni imzalayarkən bu bəndlərə xüsusi diqqət etməlidir: -Müqavilənin müddəti;
-valyuta, faiz, cərimə və borcun vaxtından əvvəl bağlanması hallarına.
Əgər bank əlavə komissiya tələb edərsə və müştəri bununla razılaşmasa, Mərkəzi bank və ya müvafiq məhkəmələrə müraciət edə bilər”,-deyə vəkil qeyd edib.
Çimnaz Telmanqızı
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.