Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
778
09.01.2026, 20:43
Keçmiş arvadın yenidən ailə qurması alimentin dayandırılmasına səbəb deyil – qanun nə deyir?
Uşaqların saxlanması ilə bağlı aliment məsələləri valideynlər arasında ən çox mübahisə doğuran mövzulardan biridir. Xüsusilə keçmiş həyat yoldaşının yenidən ailə qurması aliment ödənişinə təsir edib-etməyəcəyi barədə suallar ortaya çıxır.
Oxu24.com xəbər verir ki, Azərbaycan Ailə Məcəlləsinin 75-ci maddəsi bu məsələyə aydınlıq gətirir: valideynlər övladlarını saxlamağa borcludur və uşaq üçün ödənilən aliment uşaqların yetkinlik yaşına çatmasına qədər təmin edilməlidir.
Hüquqi baxımdan, əgər aliment anaya uşaqların saxlanması məqsədilə ödənilirsə və ana yenidən nikaha daxil olsa belə, alimentin ödənilməsi dayandırılmır. Yəni keçmiş arvadın şəxsi həyatında dəyişiklik, uşaqların saxlanmasına ayrılmış maliyyə dəstəyinə təsir etmir.
Alimentin ödənilməsinin dayandırılması yalnız uşaq övladlığa götürülmüş halda mümkündür. Bu halda aliment hüquqi əsaslarla xitam verilə bilər.
Ekspertlər bildirirlər ki, bu norma uşaqların maraqlarını qorumaq məqsədilə nəzərdə tutulub və valideynlər uşaqların həyat şəraitini təmin etməyə davam etməlidirlər. Beləliklə, uşaqların yetkinlik yaşına çatana qədər aliment ödənməsi davam edir, keçmiş arvadın şəxsi həyatındakı dəyişikliklər bu hüquqa təsir etmir.
Turan Etibaroğlu
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.