“Qapalı məkanlarda kamera çəkilişi müəyyən şərtlərlə qanunidir”
13 May 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
652
08.01.2026, 22:58
Miras payından imtina edən vərəsə yenidən pay tələb edə bilərmi?
Miras payından imtina etmiş şəxsin sonradan həmin payı yenidən tələb etməsi qanunvericiliyə əsasən mümkün deyil.
Oxu24.com məlumat verir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən 3 ay müddətində mirası qəbul etməkdən imtina edə bilər. Üzrlü səbəblər olduqda bu müddət məhkəmə tərəfindən 2 aydan artıq olmamaq şərti ilə uzadıla bilər. Mirasdan imtina mütləq qaydada notariat orqanında rəsmiləşdirilməlidir.
Məcəllənin 1257-ci maddəsində isə bildirilir ki, mirasın qismən qəbuluna və ya qismən imtinasına yol verilmir. Vərəsənin mirasın yalnız bir hissəsindən imtina etməsi və ya hər hansı şərt qoyması, onun tam şəkildə mirasdan imtina etməsi kimi qiymətləndirilir.
Bundan əlavə, 1268.1-ci maddəyə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə verdiyi ərizəni sonradan geri götürə bilməz. Yalnız fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin mirasdan imtinasına məhkəmənin icazəsi ilə yol verilir.
Beləliklə, qanunvericilik mirasdan könüllü imtina etmiş şəxsin sonradan bu qərarı dəyişərək miras payını yenidən tələb etməsinə imkan vermir.
Miri Məcidli
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.