“Qapalı məkanlarda kamera çəkilişi müəyyən şərtlərlə qanunidir”
13 May 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
619
08.01.2026, 14:48
Ailə başçısını itirməyə görə təyin olunan müavinət uşaq övladlığa verildikdən sonra da dayandırılmır.
Bu barədə Oxu24.com-a hüquqşünas Aqşin İsgəndərov açıqlama verib.
Onun sözlərinə görə, əgər uşaq övladlığa verilənədək ailə başçısını itirməyə görə dövlət müavinəti alırsa, övladlığa götürüldükdən sonra da həmin müavinət eyni qaydada davam etdirilir.
Hüquqşünas bildirib ki, məsələn, 12 yaşlı uşaq atasını itirdiyinə görə müavinət alırsa, o, övladlığa götürüldükdən sonra da bu hüququnu itirmir və müavinət ödənişi davam edir.
Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin 18 yaşına çatmamış övladlarına verilir. Əyani təhsil alan şəxslər üçün bu müddət təhsil bitənədək, lakin 23 yaşdan çox olmamaqla uzadılır. Həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş və 18 yaşdan yuxarı əlilliyi olan övladlara müavinət əlillik müddətində təyin olunur.
Bundan əlavə, vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən valideynlərdən, eləcə də qardaş, bacı, baba və nənələrdən birinə uşağın 8 yaşı tamam olanadək müavinət verilir.
Ailə başçısını itirməyə görə dövlət müavinətinin məbləği hazırda 140 manat təşkil edir.
Hazırladı: Turan Etibaroğlu
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.