Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
677
18.12.2025, 22:55
Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi hyansı məsuliyyətə səbəb olur?
Oxu24.com xəbər verir ki,bu barədə Cinayət Məcəlləsinin 240-cı maddəsində bəhs olunur.
240.1. bəndinə görə,narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma—üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma -beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Bu Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3-1. Bu Məcəllənin 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə –
altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli və xüsusilə külli miqdarı qanunla müəyyən edilir.
2. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil verən, yaxud güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
Hazırladı: Nigarxanım
12:55 / 15 Noyabr 2026
357
12:36 / 15 Noyabr 2026
184
12:28 / 15 Noyabr 2026
84
12:11 / 15 Noyabr 2026
92
11:52 / 15 Noyabr 2026
136
11:43 / 15 Noyabr 2026
86
11:29 / 15 Noyabr 2026
103
11:20 / 15 Noyabr 2026
97
11:20 / 15 Noyabr 2026
104
11:10 / 15 Noyabr 2026
98
11:07 / 15 Noyabr 2026
584
10:50 / 15 Noyabr 2026
106
10:25 / 15 Noyabr 2026
258
10:21 / 15 Noyabr 2026
106
10:18 / 15 Noyabr 2026
101
10:12 / 15 Noyabr 2026
133
09:35 / 15 Noyabr 2026
502
07:35 / 15 Noyabr 2026
209
05:50 / 15 Noyabr 2026
154
01:35 / 15 Noyabr 2026
167
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.