Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
815
12.11.2025, 12:14
Turistlərin hüquqları bir sıra hallarda pozula bilər, xüsusilə də turizm şirkətləri, otellər və ya digər xidmət göstərən qurumlar qanunvericiliyin və müqavilənin tələblərinə əməl etmədikdə.
Oxu24.com-a mövzu ilə bağlı danışan vəkil Esmira Rzayeva bildirib ki,turistə səfər, otel, xidmət səviyyəsi və ya qiymətlər barədə yalnış vədlər verilməsi, reklamda göstərilənlərlə reallığın fərqli olması hüquq pozuntusudur.
Vəkilin sözlərinə görə,turist müəyyən xidmətlərə görə ödəniş edib, lakin həmin xidmətlər ümumiyyətlə təqdim edilmir və ya keyfiyyətsiz göstərilməsi hüquq pozuntusudur.
Turizm şirkəti turistin razılığı olmadan səfərin tarixini dəyişirsə, proqramı qısaldırsa, qiyməti artırırsa bu müqavilə pozuntusu sayılır.
Turistin fiziki və psixoloji təhlükəsizliyi pozulduqda, oteldə təhlükəsizlik qaydaları gözlənilmir, bələdçi məsuliyyətsiz davranır, nəqliyyat və sığorta təminatı yoxdur, bu hallar turistin əsas hüquqlarını pozur.
Sığortası olan turist zərər çəkdiyi halda lazımi tibbi yardım ala bilmirsə, yaxud şirkət məsuliyyətdən yayınırsa, bu da hüquq pozuntusudur.
Turist şikayət etdikdə xidmət təminatçıları və ya turizm şirkəti onun müraciətinə baxmırsa və ya cavab vermirsə, bu da istehlakçı hüquqlarının pozulması sayılır.
Turistlərin hüquqlarının pozulması hallarında onlar:
Turizm şirkətinə rəsmi şikayət verə bilər. Dövlət Turizm Agentliyinə və ya İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət edə bilər. Zərər varsa vəkil vasitəsilə məhkəməyə müraciət etməklə kompensasiya tələb edə bilər.
Hazırladı: Nigar
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.