Bu şəxslərə 50 manat məbləğində güzəşt OLUNACAQ
24 May 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
749
20.10.2025, 08:50
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu xəstəxanalarda,doğuş evlərində özgənin uşağının dəyişdirilməsi zamanı yaranan məsuliyyətlə bağlıdır.
Bu kimi iddialarla bağlı zaman-zaman sosial verilişlərdə fiirlər səsləndirildiyinin şahidi olmuşuq.Hətta illər sonra dəyişdirilən övladların həqiqəti bilməsi faktları da var.
Burada həm mənəvi,həm də hüquqi yanaşma var.Məsələnin mənəvi tərəfi hər kəsə aydındır.Uzun illər əsl valideyninin kim olduğunu bilmədən yaşamaq və sonda həqiqəti bilmək...
Bəs,məsələnin hüquqi tərəfi nədir?Qanun bu addımı atanlara hansı cəzanı verir?
Oxu24.com xəbər verir ki, sözügedən məsələ Cinayət Məcəlləsinin 172-ci maddəsində öz əksini tapıb.
Həmin maddəyə əsasən özgənin uşağını dəyişdirmə - tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi qanun bu əməli törədənlərə 3 il həbs istəyir. Məsələnin mənəvi cəzası isə ömürlük əzabdır.
Hazırladı: Miri Məcidli
00:05 / 25 May 2026
129
00:01 / 25 May 2026
257
00:01 / 25 May 2026
318
23:58 / 24 May 2026
204
23:36 / 24 May 2026
429
23:32 / 24 May 2026
562
23:23 / 24 May 2026
189
23:13 / 24 May 2026
240
23:13 / 24 May 2026
589
23:03 / 24 May 2026
276
22:43 / 24 May 2026
107
22:18 / 24 May 2026
115
22:04 / 24 May 2026
418
21:40 / 24 May 2026
186
21:39 / 24 May 2026
1156
21:30 / 24 May 2026
186
20:41 / 24 May 2026
148
20:19 / 24 May 2026
138
20:11 / 24 May 2026
117
19:39 / 24 May 2026
236
19:09 / 24 May 2026
432
18:55 / 24 May 2026
253
18:37 / 24 May 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.