Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ: ABŞ Iranın ətrafına ordu yığır

2020/01/03/1578079333_3500.jpg

HƏRBİ

703

03.01.2020, 23:19

ABŞ-ın 82-ci Hava Hücum Diviziyasından Yaxın Şərqdə 3 min 500 əsgərin göndərildiyi iddia edilir. Bu barədə ABŞ-ın güc strukturlarına istinad edən NBC News televiziyası məlumat yayıb.
Qoşunların harada yerləşdiriləcəyi ilə bağlı təfərrüatlar olmasa da, qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi bildirilir. ABŞ Müdafiə naziri Mark Esper bundan əvvəl 82-ci Hava Hücum Diviziyasından Küveytə 750 hərbçinin yerləşdiriləcəyini elan etmişdi. Bu göndərmə ilə isə bütün 82-ci diviziya Yaxın Şərqə göndərilmiş olacaq.