Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1160
13.07.2026, 21:59
ABŞ-nin nüfuzlu “National Interest” jurnalında hərbi analitik Harrison Kassın müəllifliyi ilə işıq üzü görən “Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?” adlı məqalə beynəlxalq miqyasda böyük maraq doğurub. Müəllif öz yazısında Azərbaycanın hərbi sahədəki mütləq üstünlüyünü və hava məkanındakı dominantlığını geniş şəkildə təhlil edib.
Məqalədə xüsusilə Azərbaycanın müasir hava hücumundan müdafiə sistemləri və zəngin hərbi-hava arsenalı sayəsində bölgədə yaratdığı yeni reallıqlar diqqətə çatdırılır. Son illərdə ölkəmizin hərbi texnologiyalar sahəsində atdığı strateji addımlar və qazandığı tarixi qələbələr bu elmi-hərbi analizin əsas sütunlarını təşkil edir.
Mövzu ilə bağlı hərbi ekspert Elmar Hüseynov Oxu24.com-a öz mühüm mülahizələrini bölüşüb.
Müsahibimiz hərbi ekspert Elmar Hüseynov bildirib ki, Amerikanın rəsmi “National Interest” jurnalının analitiki Harrison Kassın qələmə aldığı “Ermənistan niyə Azərbaycanla hava müharibəsində qalib gələ bilməz?” deyimi çox maraqlı köklərə əsaslanır:
“Bu ondan ibarətdir ki, Azərbaycanın hazırkı dövründə hava hücumundan müdafiə sisteminin müasir texnologiyaya üstünlüyünün verilməsi, ən müasir hava hücumundan müdafiə sisteminin əldə edilməsi, bununla yanaşı hava hücumunda tətbiq ediləcək hava hücum qüvvələrinin, yəni Hərbi Hava Qüvvələrinin arsenalında olan texnikaların say mövcudluğu, bazalanma sistemi və yerləşmə sistemi bunu özündə göstərməkdədir”.
Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ermənistanın hava hücumundan müdafiə sisteminin sıradan çıxarılması, Hərbi Hava Qüvvələrinin Azərbaycanın daxilinə zərbələr endirməsinin qarşısının alınması buna hüquqi əsas verir:
“Hazırkı dövr üçün Azərbaycanın Türkiyə və İsrail, eləcə də Pakistanla bağladığı hərbi müqavilələr əsasında Azərbaycan hava məkanının bağlanması, istənilən istiqamətlərdən təxribatın qarşısının alınması üzrə tədbirləri həyata keçirir. Yeni kosmik və müasir intellekt, süni intellektlə idarə olunan bölmələrin yaradılması Müdafiə Nazirliyinin arsenalında planlanıb həyata keçirilir”.
Xatırladaq ki, Azərbaycanın hərbi sahədə həyata keçirdiyi modernləşmə proqramları, yüksək texnologiyalı silah sistemlərinin tətbiqi və peşəkar kadr hazırlığı ölkənin müdafiə potensialının əsas dayaqları hesab edilir. Beynəlxalq hərbi nəşrlər və analitik mərkəzlər də bu istiqamətdə əldə olunan nəticələrə tez-tez diqqət ayırırlar.
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.