Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
827
03.07.2026, 12:30
Türkiyədə hərbi qulluqçuların xidmət sonrası sosial təminatının gücləndirilməsi istiqamətində mühüm qanun dəyişikliyi qəbul edilib. Yeni qaydalara əsasən, ən azı 7 il xidmət etmiş və 41 yaşını tamamlamamış mütəxəssis çavuşlar və əsgərlər xidmət müddəti bitdikdən sonra dövlət qurum və təşkilatlarında işlə təmin oluna biləcəklər.
Bəs bu cür mexanizmlərin Azərbaycanda da tətbiqi peşəkar hərbi qulluqçuların xidmət sonrası məşğulluğunun artırılması baxımından nə dərəcədə səmərəli ola bilərmi? Oxu24.com-un bu sualını hərbi ekspert Elxan Şıxəliyev şərh edib.
Hərbi Ekspert Elxan Şıxəliyev: "Bu qanun hərbi qulluqçuların cəmiyyətdə fərqli və müsbət alqılanmasını yarada bilər"
Mövzu ilə bağlı danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Azərbaycanda hərbi qulluqçuların təqaüdə çıxdıqdan və ya digər formada xidməti tamamladıqdan sonra özəl və dövlət qurumlarında təmsil olunması və çalışması təcrübəsi fərdi qaydada mövcuddur. Lakin bunun sırf qanunvericilik bazasında həll edilməsi tamamilə yeni bir yanaşmadır:“Bu kateqoriyadan olan şəxslərin dövlət tərəfindən bu cür dəstəklənməsi, ölkə və dövlət üçün prioritet şəxslər statusunda olması vəziyyətini yarada bilər. Bunun üzərindən isə təbii ki, cəmiyyətdə hərbi xidmətə yönəlmə və hərbi xidmət keçmə ilə bağlı fərqli, müsbət bir alqılama formalaşar”.
Hərbçilərin potensialı dövlət idarəçiliyinə nə qazandırar?
E.Şıxəliyevin sözlərinə görə, Türkiyədə qəbul edilən bu qanun peşəkar hərbi qulluqçuların xidmət sonrası sosial təminatının gücləndirilməsinə yönəlmiş çox mühüm bir addımdır. O, uzun illər Silahlı Qüvvələrdə xidmət etmiş şəxslərin dövlət qurumlarında çalışmasının böyük üstünlükləri olduğunu vurğulayıb:“Bu şəxslər həm nizam-intizamlı olurlar, həm də onlarda liderlik, operativlik və çevik qərarvermə bacarıqları formalaşır.
Onlar böhran şəraitində fəaliyyət göstərmək baxımından bir çox sahələrdə üstünlüyə və zəngin təcrübəyə malikdirlər”.
Ekspert qeyd edib ki, bu potensialdan dövlət idarəçiliyində, mülki müdafiədə, sərhəd təhlükəsizliyində, fövqəladə hallarda, penitensiar xidmətdə və digər dövlət orqanlarında səmərəli istifadə oluna bilər. Bu, həm hərbçilərin məşğulluğunu artırar, həm də dövlət qurumlarının insan resurslarını xeyli gücləndirər.
Oxşar mexanizmin Azərbaycanda da tətbiqinin cəlbedici bir amil ola biləcəyini deyən Elxan Şıxəliyev bunun kadrların orduya cəlb edilməsinə birbaşa təsir edəcəyini bildirib:“Hərbi qulluqçu xidmətini başa vurduqdan sonra peşəkar gələcəyi ilə bağlı özünü daha inamlı hiss edəcək. Bu da kadrlara böyük motivasiya verər və orduda xidmət etmək istəyini gücləndirər”.
Sonda ekspert əlavə edib ki, Azərbaycanın milli xüsusiyyətləri və reallıqları nəzərə alınmaqla hazırlanacaq oxşar bir mexanizm hərbi qulluqçuların sosial müdafiəsi və onların xidmət sonrası cəmiyyətə uğurlu inteqrasiyası baxımından çox faydalı ola bilər.
Çimnaz Telmanqızı
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.