Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
917
15.04.2026, 22:45
Hərbi çağırış zamanı psixiatrik müayinədən keçən vətəndaş illər sonra gözlənilməz problemlə üzləşib.
Onun iddiasına görə, heç vaxt stasionar müalicə almadığı halda, elektron sistemdə 34 gün Psixiatriya Xəstəxanasında yatdığı qeyd olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
"2024-cü ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə çağırıldım. Bədənimdəki döymələrə görə məni Maştağadakı Psixiatriya Xəstəxanasına göndərdilər. Orada analiz verdim, komissiyanın toplanması üçün 34 gün sonraya vaxt təyin etdilər. Həmin tarixdə sağlam olduğum təsdiqləndi. Lakin indi işə düzəlmək üçün sağlamlıq arayışı alanda problem yaşayıram. Sistemdə 34 gün xəstəxanada yatdığım görünür, halbuki mən orada cəmi bir neçə saat olmuşam", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən qeyd olunub ki, vətəndaş 2024-cü il iyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin göndərişi ilə Respublika Psixiatriya Xəstəxanasının Gündüz stasionarı şöbəsinə qəbul edilib: "Növbəlilik prinsipinə əsasən, o, 29 iyul 2024-cü il tarixində həkim-psixiatr komissiyasına dəvət olunub.
Komissiyanın rəyi belədir: "Hazırda psixi xəstəlik aşkar edilmir. Anamnezdə kəllə-beyin travması olduğu üçün nevroloji müayinə tövsiyə olunur. Psixiatrik cəhətdən heç bir xəstəlik aşkar edilmədiyi üçün vətəndaşın işlə təmin olunmasında və ya digər fəaliyyətində hər hansı maneə yoxdur".
Elektron səhiyyə sistemində "34 gün stasionar müalicə" kimi qeyd olunması məsələsinə gəldikdə isə vurğulayaq ki, vətəndaş Gündüz stasionarı şöbəsinə qəbul olunub. Bu, vətəndaşların gündüz saatlarında müayinə və müşahidə olunduğu, gecələr isə evə qayıtdığı ambulator-stasionar hibrid formasıdır. Sistemdə bu tip qəbul bəzən "stasionar" kateqoriyası altında qeydə alınır, çünki qəbul şöbəsi "gündüz stasionarı" adlanır. Vətəndaşın yalnız ambulator müayinə keçdiyini bildirməsi ilə sistemdəki qeyd arasında ziddiyyət yoxdur. Sadəcə, terminlərin fərqli başa düşülməsidir".
Nazirliyin məlumatına görə, vətəndaş sistemdəki qeydin dəqiq formalaşdırılmasında düzəliş istəyirsə, şəxsən xəstəxanaya və ya elektron sistem üzrə müvafiq qaydada müraciət etməlidir. Vətəndaşın müraciəti ilə bağlı xəstəxana rəhbərliyi tərəfindən artıq araşdırma aparılıb. O, istədiyi vaxt xəstəxanaya müraciət edərək arayış və ya izahat ala bilər.
11:31 / 12 Noyabr 2026
17
11:24 / 12 Noyabr 2026
81
11:21 / 12 Noyabr 2026
36
11:19 / 12 Noyabr 2026
44
11:05 / 12 Noyabr 2026
53
11:00 / 12 Noyabr 2026
73
10:45 / 12 Noyabr 2026
92
10:39 / 12 Noyabr 2026
94
10:36 / 12 Noyabr 2026
83
10:27 / 12 Noyabr 2026
231
10:20 / 12 Noyabr 2026
87
10:18 / 12 Noyabr 2026
82
10:05 / 12 Noyabr 2026
206
09:51 / 12 Noyabr 2026
94
09:48 / 12 Noyabr 2026
94
09:42 / 12 Noyabr 2026
257
09:36 / 12 Noyabr 2026
105
09:22 / 12 Noyabr 2026
730
08:13 / 12 Noyabr 2026
228
08:05 / 12 Noyabr 2026
83
07:20 / 12 Noyabr 2026
140
03:10 / 12 Noyabr 2026
164
01:25 / 12 Noyabr 2026
297
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.