Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
08 May 2026, 20:36
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
3828
15.04.2026, 22:42
Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müəyyən edilən vaxt uzadılıb.
Oxu24.com bildirir ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, bu proses üçün ayrılan müddət artıq daha uzundur.
Yeni qaydalara görə, ordudan tərxis olunan şəxslər yaşayış yerinə çatdıqdan sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək hərbi qeydiyyata alınmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu müddət cəmi 3 gün idi. Bu dəyişiklik hərbi vəzifəlilərə sənədləşmə işlərini daha rahat həyata keçirmək imkanı yaradır.
Sənəddə həmçinin qeyd olunur ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə mütləq şəkildə əvvəlki qeydiyyatdan çıxmalı və yeni olduqları yer üzrə qeydiyyata durmalıdırlar. Bu qayda hərbi uçotun dəqiqliyini təmin etmək məqsədi daşıyır.
Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb. Belə ki, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb.
Yəni hərbi xidmətdən qayıdan şəxslər artıq 3 gün deyil, bir həftə ərzində hərbi komissarlığa gedib qeydiyyata düşməlidirlər. Həmçinin vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar./demokrat.az
19:08 / 12 May 2026
13
18:58 / 12 May 2026
142
18:45 / 12 May 2026
40
18:29 / 12 May 2026
63
18:18 / 12 May 2026
132
18:09 / 12 May 2026
75
17:50 / 12 May 2026
97
17:40 / 12 May 2026
200
16:55 / 12 May 2026
91
16:53 / 12 May 2026
70
16:27 / 12 May 2026
190
16:11 / 12 May 2026
119
15:49 / 12 May 2026
97
15:42 / 12 May 2026
149
15:31 / 12 May 2026
94
15:30 / 12 May 2026
881
15:26 / 12 May 2026
550
15:15 / 12 May 2026
112
15:04 / 12 May 2026
90
14:55 / 12 May 2026
87
14:50 / 12 May 2026
93
14:44 / 12 May 2026
93
14:38 / 12 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.