Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Rusiya təyyarələrinin İrana satışına qadağa qoydu

2019-01/1546787358_teyyare.jpg

DÜNYA

668

06.01.2019, 19:09

\"\" ABŞ Maliyyə Nazirliyi Rusiyada istehsal edilən “Sukhoi Superjet 100” sərnişin təyyarələrinin İrana satışı üçün ixracat sertifikatı verməkdən imtina edib.
Oxu24.com İsrailin iHLS portalına istinadən xəbər verir ki, Rusiya təyyarələrinin ehtiyat hissələrinin 10%-ə qədəri ABŞ-da hazırlandığı üçün nazirlik bu sövdələşmənin həyata keçirilməsinə icazə verməyib. İran hava yolları assosiasiyasının təmsilçisi Maqsud Əsədi Samani bildirib ki, hələlik təyyarələrin idxalı haqqında söhbət gedə bilməz. Onun sözlərinə görə, ABŞ-da istehsal edilən ehtiyat hissələrinin əvəzlənməsi xeyli vaxt tələb edə bilər. Qeyd edək ki, 2018-ci ilin aprelində imzalanmış memoranduma görə, İranın iki aviaşirkəti 2022-ci ilə qədər Rusiyadan 40 ədəd SSJ-100R təyyarəsi almalıdır.