Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
15 Noyabr 2026, 14:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
743
16.12.2025, 10:18
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Oxu24.com Report-a istinadən xəbər verir ki, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.
O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu - Milli İctimai Xidmət İnstitutunda (l"Institut national du service public) "Diplomatiyanın yeni metodları" proqramını bitirib.
C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.
O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST-Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi qrupunun üzvü olub.
Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış "Silk Way" şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
14:25 / 15 Noyabr 2026
1
14:19 / 15 Noyabr 2026
39
14:02 / 15 Noyabr 2026
159
13:27 / 15 Noyabr 2026
177
12:55 / 15 Noyabr 2026
1037
12:36 / 15 Noyabr 2026
283
12:28 / 15 Noyabr 2026
121
12:11 / 15 Noyabr 2026
119
11:52 / 15 Noyabr 2026
172
11:43 / 15 Noyabr 2026
112
11:29 / 15 Noyabr 2026
127
11:20 / 15 Noyabr 2026
115
11:20 / 15 Noyabr 2026
123
11:10 / 15 Noyabr 2026
116
11:07 / 15 Noyabr 2026
705
10:50 / 15 Noyabr 2026
123
10:25 / 15 Noyabr 2026
276
10:21 / 15 Noyabr 2026
120
10:18 / 15 Noyabr 2026
118
10:12 / 15 Noyabr 2026
145
09:35 / 15 Noyabr 2026
532
07:35 / 15 Noyabr 2026
246
05:50 / 15 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.