Rusiya təyyarəsinin Kubaya gizli səfəri
02 Fevral 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
569
29.01.2020, 01:17
Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb.
Oxu24.com xəbər verir ki, bunu lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib.
Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin.
“Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq”.
Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir.
Həmçinin oxuyun
“Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet, necə deyərlər, tələsməməyi, bir qədər gözləməyi xahiş edir”.
Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, dünya mediasının yazdığı kimi, fəlakətli deyil.
“Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nə də uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər”, - deyə o bildirib.
09:46 / 03 Fevral 2026
11
09:14 / 03 Fevral 2026
28
08:58 / 03 Fevral 2026
334
08:56 / 03 Fevral 2026
105
08:55 / 03 Fevral 2026
56
08:51 / 03 Fevral 2026
30
23:44 / 02 Fevral 2026
141
23:39 / 02 Fevral 2026
138
23:34 / 02 Fevral 2026
123
23:29 / 02 Fevral 2026
159
23:21 / 02 Fevral 2026
142
23:08 / 02 Fevral 2026
785
22:58 / 02 Fevral 2026
182
22:53 / 02 Fevral 2026
1053
22:41 / 02 Fevral 2026
126
22:38 / 02 Fevral 2026
104
22:33 / 02 Fevral 2026
100
22:27 / 02 Fevral 2026
3412
22:21 / 02 Fevral 2026
185
22:05 / 02 Fevral 2026
1845
21:40 / 02 Fevral 2026
1542
21:34 / 02 Fevral 2026
337
21:21 / 02 Fevral 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.