Rusiya təyyarəsinin Kubaya gizli səfəri
02 Fevral 2026, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
625
29.01.2020, 01:06
Çinin Vuhan şəhərində, 2019-cu ilin dekabr ayında ortaya çıxan yeni koronavirus növü 10-dan çox ölkədə, əsasən də Asiyada yayılıb.
Çin ordusu virusun ən çox yayıldığı Vuhan şəhərində 60 milyon insanı karantinə alıb. Şəhərdən çıxmaq istəyənlərin güllələndiyi bildirilir. Pekin administrasiyasının virusa nəzarət üçün Vuhanı məhv etməyi planlaşdırdığı da iddia edilir.
Çin dövlətinin yeni açıqlamasına görə, virusdan ölənlərin sayı 106, koronovirus daşıyıcılarının sayı 4500 nəfərə çatıb.
Ölənlərin əksəriyyətinin Huanan Dəniz Bazarında işləyən və ya ticarət edən insanlar olduğu açıqlanıb. Ölkədə komendant saatı elan olunub.
Həmçinin oxuyun
Şəhərdən sızan səs yazısına görə, Vuhanda yalnız 100 min hadisə baş verib və 2744 ölü var. 30 mindən çox çinli müşahidə altına alınıb. Mühasirəyə alınan şəhərlərin dünya ilə əlaqəsi kəsilir, şəhərlərarası yollar beton bloklarla bağlanır. Meşələr infraqırmızı cihazlarla izlənilir.
Hubeyin Vuhan şəhərində virus aşkar edildikdən sonra vilayətin bəzi şəhərlərində ictimai nəqliyyat xidmətləri dayandırılıb. Pekin, Şanxay, Tianjin və Tianian şəhərlərinə uzun məsafəli səyahət edən avtobusların girişi və çıxışı qadağan edilib. Çindəki bütün maliyyə idarələri koronavirusla mübarizə üçün 1,63 milyard dollar ayırıb.
ABŞ Rusiya və Yaponiya vətəndaşlarını karantin zonasından təxliyə etmək üçün Çinə müraciət edib. Yaponiya, Avstraliya, ABŞ və Böyük Britaniya hava limanlarında sərnişinlər tibii yoxlamadan keçirilir.
Qonşu Monqolustandakı bütün təhsil müəssisələrində martın 2-nə qədər tətil elan edib. Qazaxıstan Çin pasportu olanlara 72 saatlıq tranzit vizasız tənzimləməni dayandırdı.
09:46 / 03 Fevral 2026
1
09:14 / 03 Fevral 2026
26
08:58 / 03 Fevral 2026
325
08:56 / 03 Fevral 2026
102
08:55 / 03 Fevral 2026
56
08:51 / 03 Fevral 2026
30
23:44 / 02 Fevral 2026
141
23:39 / 02 Fevral 2026
138
23:34 / 02 Fevral 2026
123
23:29 / 02 Fevral 2026
159
23:21 / 02 Fevral 2026
142
23:08 / 02 Fevral 2026
780
22:58 / 02 Fevral 2026
181
22:53 / 02 Fevral 2026
1050
22:41 / 02 Fevral 2026
125
22:38 / 02 Fevral 2026
104
22:33 / 02 Fevral 2026
100
22:27 / 02 Fevral 2026
3381
22:21 / 02 Fevral 2026
185
22:05 / 02 Fevral 2026
1821
21:40 / 02 Fevral 2026
1533
21:34 / 02 Fevral 2026
337
21:21 / 02 Fevral 2026
736
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.