Tramp İrana zərbələrin bərpasını nəzərdən keçirir
22 Noyabr 2026, 23:26
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
13.10.2026, 20:12
Yəmən hökumətinə yaxın media orqanlarında yer alan xəbərlərə görə, Qırmızı dəniz sahilindəki Hodeida əyalətindəki Ras İsa bölgəsi hava hücumlarına məruz qalıb.
Oxu24.com xəbər verir ki,məlumatlarda Ras İsa bölgəsində 10 hava hücumunun həyata keçirildiyi bildirilsə də, hücumların kim tərəfindən həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib.
Husi hücumlarından sonra bəzi ərəb aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları dayandırıb.
Hudeidadakı hədəf alınan ərazilərdən qara tüstü qalxdığını göstərən görüntülər sosial mediada paylaşılıb.
Yəməndəki İran tərəfindən dəstəklənən Husilər, paytaxt Sənada yerləşən Yəmən Neft Şirkətinin Sibaha obyektinə hava hücumları həyata keçirdiklərini açıqlayıblar.
Yəməndəki qanuni hökuməti dəstəkləyən Ərəb Koalisiyası əvvəllər İran tərəfindən dəstəklənən Husilər tərəfindən idarə olunan Sənada yerləşən Yəmən Neft Şirkətindəki mülki şəxslərin təhlükəsizlikləri üçün ərazini tərk etməli olduqlarını bildirmişdi.
Son zamanlar hökumət qüvvələri ilə husilər arasında toqquşmalar şiddətlənsə də, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanını ballistik raketlər və dronlarla hədəfə alaraq hücuma məruz qaldıqlarını iddia edirlər.
Yəmən ordusunun husilərə qarşı "Yəmən Şəfəqi" əməliyyatı ilə bağlı açıqlamasında bölmələrin şərq və cənub cəbhələrində hücum fəaliyyətlərini davam etdirdiyi və ağır atəş dəstəyi altında yerdə irəliləyiş əldə etdiyi bildirilir.
Bəyanatda 2200 əməliyyatda təxminən 1200 husi üzvünün zərərsizləşdirildiyi və 440-dan çox hərbi texnikanın məhv edildiyi və ya istifadəyə yararsız hala salındığı bildirilir. Əməliyyatlarda döyüş təyyarələrinin, pilotsuz uçuş aparatlarının (PUA), səhra artilleriyasının və çoxsaylı raket buraxıcılarının istifadə edildiyi qeyd olunur.
Bəyanatda daha sonra qeyd olunur ki, ərazinin dərinliyindəki husi istehkamları, komandanlıq və nəzarət mərkəzləri, müşahidə məntəqələri, sursat anbarları və yüksək dəyərli hərbi hədəflərə zərbələr endirilib. Həmçinin iddia edilir ki, Taiz əyalətindəki husi karvanları və gücləndirici bölmələri intensiv hücumlara məruz qalıb və bu da husilərin mövqelərinə dəstək vermək və bölmələrini yenidən təşkil etmək imkanlarını pozub.
Nigar
00:24 / 23 Noyabr 2026
136
00:11 / 23 Noyabr 2026
155
23:56 / 22 Noyabr 2026
131
23:43 / 22 Noyabr 2026
479
23:28 / 22 Noyabr 2026
464
23:26 / 22 Noyabr 2026
144
22:59 / 22 Noyabr 2026
501
22:36 / 22 Noyabr 2026
166
22:08 / 22 Noyabr 2026
1085
21:14 / 22 Noyabr 2026
181
21:06 / 22 Noyabr 2026
196
20:56 / 22 Noyabr 2026
1639
20:30 / 22 Noyabr 2026
559
19:33 / 22 Noyabr 2026
1136
19:20 / 22 Noyabr 2026
178
19:05 / 22 Noyabr 2026
1456
18:54 / 22 Noyabr 2026
163
18:49 / 22 Noyabr 2026
202
18:21 / 22 Noyabr 2026
501
18:16 / 22 Noyabr 2026
239
18:02 / 22 Noyabr 2026
196
17:59 / 22 Noyabr 2026
186
16:38 / 22 Noyabr 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.