Qaynar xətt:

(+99450) 247 90 86

Doğurdanmı siyasətdə əxlaq YOXDUR?!  - Qulu Məhərrəmli 

Doğurdanmı siyasətdə əxlaq YOXDUR?!  - Qulu Məhərrəmli 

DÜNYA

121

12.10.2026, 19:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dizel yanacağı məsələsində dünənki Tramp-Putin sövdələşməsi ABŞ prezidenti üçün əxlaqsızlıq, siyasi ləyaqətsizlik və Ukraynanı açıq şəkildə Rusiyaya satmaqdır.

Bunu professor Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə,ABŞ-nin Rusiyadan dizel yanacağı alması Putinə birbaşa dəstək verməkdir.

Trampın bu addımı müharibəni dayandırmağa yox, onu uzatmağa yatırılan sərmayədir, ABŞ-nin dövlət imicinə ciddi zərbədir, biabırçılıqdır.  

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya ABŞ ilə dizel razılaşması müqabilində Ukrayna ilə bağlı heç bir güzəşt təklif etməyib. Əksinə, satışdan gələn əlavə gəlirlər Kremlə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək imkanı verə bilər.     

D.Tramp özü dizel razılaşmasını "olduqca mühüm" adlandırır, amma dünya mediası (Reuters, Associated Press, CNN, The Guardian, Axios)  — Putinlə dünənki sövdələşməni tənqidi planda təhlil edir və bunu  Ağ Ev üçün son dərəcə xoşagəlməz, iqtisadi effekti şübhəli olan addım kimi...

Reuters açıq şəkildə bildirir ki, Rusiya bu sövdələşmədən milyardlarla dollar gətirə bilər ki, bu da Putinə müharibəni davam etdirməyə kömək edəcək.

CNN "Pickering Energy Partners" şırkətinin rəhbəri Den Pikerinqin sözlərini sitat gətirir: "Əsas məsələ odur ki, bu faydalıdır, lakin qlobal dizel bazarındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək". Və əlavə edir: "Trampın həcmləri barellə deyil, tonla qeyd etməsinin bir səbəbi var. Tonla ifadə olunan miqdar sıravi müşahidəçiyə daha çox görünür. Burada real dəyişikliklərdən çox siyasət var".

Associated Press baş verənləri "Titanik"də şezlonqların yerini dəyişməyə" bənzədən analitik Maykl Linçdən sitat gətirir. Linç izah edir: "Əgər biz dizeli Rusiyadan alsaq, bu, mahiyyətcə o deməkdir ki, Rusiya yanacağının hazırkı alıcıları onu ala bilməyəcək. Onlar yanacağı başqa yerdə axtarmalı olacaqlar və nəticədə qiymət təxminən indiki səviyyədə qalacaq".

The Guardian bu razılaşmanı ABŞ siyasətində kəskin dönüş adlandırır və bunun Kremlin üzərinə illərlə edilən Qərb təzyiqinin üstündən xətt çəkdiyini vurğulayır. Qəzet xüsusilə çirkin bir məqama diqqət çəkir: Tramp ABŞ və İsrailin İranla müharibəsi nəticəsində yaranan enerji böhranının fəsadlarını Rusiyaya qarşı sanksiyaları zəiflətmək hesabına aradan qaldırmağa çalışır.

Axios isə Ukrayna prezienti V.Zelenskinin tənqid və qınaq dolu müsahibəsini dərc edib. O, razılaşmanı "Putinin ad gününə hədiyyə" və ümumən " "dəhşət" adlandırıb və əlavə edib. 

V.Zelenski X (Twitter) hesabında fikrini daha aydın ifadə edib: "Rusiyaya qarşı sanksiyaların hər hansı şəkildə zəiflədilməsi zəifliyin bariz təzahürüdür. Bu, Rusiyanın xeyrinə işləyir, ona daha çox insanı öldürməyə, müharibəni daha uzun müddət aparmağa, Amerikaya daha az hörmət etməyə və dünyaya daha böyük itkilər və zərər vurmağa şərait yaradır".

Trampın qərarına qarşı amerikalı qanunvericilər də çıxış ediblər. Demokrat senatorlar bunu Ukraynaya, avropalı müttəfiqlərə və ABŞ-ın milli təhlükəsizliyinə xəyanət adlandırıblar. Onların tələbi son dərəcə konkretdir: "Prezident Rusiyanın hərbi maşınını maliyyələşdirmək əvəzinə İranla müharibəsini dayandırmalıdır".

Respublikaçı Don Bekon bəyan edib: "Diktator dinc ukraynalılara zərbələr endirməyə və onları öldürməyə davam etdiyi bir vaxtda ona əlavə pul verərək mükafatlandırmaq yox, məhz indi bu sanksiyalardan Putinin hərbi maşınına təzyiq göstərmək üçün istifadə etmək vaxtıdır".

Bütün bunlar ABŞ Konqresinə aralıq seçkilərə bir aydan da az vaxt qalmış, yanacağın rekord qiymətlərinin respublikaçıların səs itirməsi ilə hədələdiyi bir vaxtda baş verir.

Yekun son dərəcə riyakar alınır: Tramp əvvəlcə İrandakı avantürası ilə qlobal enerji böhranı yaratdı, indi isə hərbi təcavüzkarla sövdələşmə hesabına öz siyasi uğursuzluğunu xilas etməyə çalışır. Üstəlik, bu sövdələşmə amerikalıları baha yanacaqdan çətin ki xilas etsin, lakin Rusiyaya müharibəni davam etdirmək üçün pul qazanmağa imkan verəcək.