Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab
08 Noyabr 2026, 10:54
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
238
09.10.2026, 18:50
Qarabağın dağ mənzərələri və onların arasında yerləşən tarixi abidələr xarici səyyahlarda böyük təəssürat yaradır.
"Report"-un Qarabağa ezam olunmuş xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) klubunun beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfər edən amerikalı səyyah Viktoriya Skrima (Victoria Scrima) bildirib.
Onun sözlərinə görə, əvvəllər 2024-cü ildə Azərbaycanda olsa da, Qarabağa ilk dəfədir səfər edir: "İndiyə qədər gördüyüm hər şey çox maraqlı idi. Burada inanılmaz dərəcədə gözəl mənzərələr var. Dağ yolları ilə bugünkü səyahət mənə xüsusilə dərin təəssürat doğurdu".
V.Skrima həmçinin qədim alban monastırları olan Xudavəng və Gəncəsərə səfərindən təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, Gəncəsər monastırının dağ mənzərələri arasında yerləşməsi xüsusi diqqət çəkib: "Hazırda olduğumuz monastırın yerləşməsi mənim xüsusilə xoşuma gəldi. O, dağların arasında, gözəl mənzərəli bir yerdə yerləşir. Hər iki monastır həqiqətən də gözəldir".
Səyyah əlavə edib ki, Azərbaycana bu səfər ona ölkənin tarixi irsi ilə tanış olmaq imkanı verib. O, həmçinin Bakıya təkrar səfərindən razı qaldığını qeyd edib. V.Skrima qeyd edib ki, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış ola bilib.
12:29 / 08 Noyabr 2026
1
12:28 / 08 Noyabr 2026
7
12:27 / 08 Noyabr 2026
15
12:22 / 08 Noyabr 2026
27
12:17 / 08 Noyabr 2026
34
12:16 / 08 Noyabr 2026
41
12:14 / 08 Noyabr 2026
49
12:05 / 08 Noyabr 2026
124
11:59 / 08 Noyabr 2026
288
11:52 / 08 Noyabr 2026
103
11:48 / 08 Noyabr 2026
82
11:45 / 08 Noyabr 2026
76
11:40 / 08 Noyabr 2026
6853
11:37 / 08 Noyabr 2026
80
11:29 / 08 Noyabr 2026
80
11:06 / 08 Noyabr 2026
237
11:04 / 08 Noyabr 2026
100
10:58 / 08 Noyabr 2026
123
10:54 / 08 Noyabr 2026
123
10:23 / 08 Noyabr 2026
118
10:14 / 08 Noyabr 2026
220
10:10 / 08 Noyabr 2026
104
10:07 / 08 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.