Netanyahudan “hazırıq” mesajı
03 Noyabr 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
255
09.10.2026, 13:00
Rusiyanın mərhum siyasətçisi Vladimir Jirinovskinin illər əvvəl beynəlxalq münasibətlər, NATO, Ukrayna müharibəsi, Qarabağ və Yaxın Şərqdəki qarşıdurmalarla bağlı səsləndirdiyi proqnozlar yenidən gündəmə gəlib.
Oxu24.com Musavat.com-a istinadla xəbər verir ki, Jirinovskinin qızı Anastasiya Botsan-Xarçenko TASS agentliyinə açıqlamasında atasının xüsusilə dəqiqliklə gerçəkləşdiyini düşündüyü proqnozlardan danışıb.
Onun sözlərinə görə, Jirinovski hələ illər əvvəl Rusiyanın o dövrdəki rəhbərliyinin yalnız Qərbə istiqamətlənmiş xarici siyasət kursunu yanlış hesab edirdi. Siyasətçi müxtəlif tribunalardan çıxış edərək Rusiyanı Şərqdə və Cənubda hərbi müttəfiqlər, iqtisadi tərəfdaşlar axtarmağa çağırırdı.
Jirinovski NATO-nun Rusiya ilə bağlı planlarının Baltikyanı ölkələr, Qafqaz, Mərkəzi Asiya və Moldova vasitəsilə müharibə aparmaqdan ibarət olduğunu bildirirdi.
O, həmçinin kollektiv Qərbin Rusiya-Ukrayna münaqişəsini Yuqoslaviya ssenarisi üzrə qızışdıracağını, bunun isə qaçılmaz şəkildə hərbi əməliyyatlara, o cümlədən sərhədyanı ərazilərdə döyüşlərə gətirib çıxaracağını proqnozlaşdırırdı.
Mərhum siyasətçi Qərb dövlətlərinin Rusiyanı beynəlxalq miqyasda təcrid etmək cəhdləri barədə də xəbərdarlıq etmişdi.
Jirinovskinin diqqət çəkdiyi digər istiqamət Yaxın Şərq olub. O, İran-İsrail qarşıdurmasının ciddi şəkildə kəskinləşəcəyini, bütün Yaxın Şərqdə gərginliyin əhəmiyyətli dərəcədə artacağını bildirirdi.
Siyasətçi ABŞ-nin Venesuelaya qarşı siyasi təzyiqlərinin və aqressiv siyasətinin güclənəcəyini də proqnozlaşdırmışdı.
Jirinovskinin Azərbaycan, Ermənistan və Qarabağla bağlı proqnozları da xüsusi diqqət çəkir.
2015-ci ildə o, Qarabağa Rusiya qoşunlarının yerləşdiriləcəyini, bölgənin xüsusi status alacağını proqnozlaşdırmışdı. Jirinovski hesab edirdi ki, bu yolla həm Azərbaycanın, həm də Ermənistanın bölgədə təkbaşına üstünlük qazanmasının qarşısı alınacaq.
Lakin Jirinovskinin bu proqnozu yalnız qismən doğru çıxdı. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Qarabağa Rusiya sülhməramlıları yerləşdirilsə də, bölgəyə heç bir xüsusi status verilmədi. Azərbaycan 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağ üzərində suverenliyini tam bərpa etdi.
2016-cı ilin aprelində o, Ermənistanın Qarabağın “müstəqilliyini” tanıyacağı təqdirdə bölgədə yeni müharibənin başlayacağını bildirmişdi. Siyasətçi Qarabağın Ermənistana verilməsi halında Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşacağını da proqnozlaşdırmışdı.
Jirinovski həmin il Moskva və Ankaranın Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya biləcəyini də söyləmişdi. Onun sözlərinə görə, Rusiya və Türkiyə iqtisadi, ticarət və hərbi güclərini birləşdirsələr, Qarabağ münaqişəsi həll olunacaq və Azərbaycan nəticədən razı qalacaqdı.
Həmin ilin avqustunda Jirinovski Rusiyanın Ermənistandakı hərbi bazasını çıxaracağı təqdirdə Azərbaycanın dərhal Qarabağı azad edəcəyini, Türkiyənin isə Bakıya kömək göstərəcəyini söyləmişdi. O, Rusiyanın hərbi dəstəyi olmadan Ermənistanın ağır vəziyyətə düşəcəyini bildirmişdi.
2020-ci ildə isə Jirinovski Azərbaycan və Türkiyənin birləşə biləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, Rusiya Ermənistanı və Qarabağı müdafiə etməkdən imtina edərsə, Azərbaycanla Türkiyənin birləşməsi nəticəsində təxminən 90 milyon əhalisi olan böyük dövlət yarana bilərdi. Siyasətçi belə bir birliyin təsirinin Mərkəzi Asiyaya qədər genişlənəcəyini də söyləmişdi.
Jirinovski Qarabağda başlayan müharibənin bütün Qafqaza yayıla biləcəyi barədə də xəbərdarlıq etmişdi. Onun 2020-ci ildə səsləndirdiyi ssenariyə əsasən, Azərbaycan və Türkiyənin bir tərəfdə, Rusiya və Ermənistanın isə digər tərəfdə yer aldığı genişmiqyaslı qarşıdurma Gürcüstanı da əhatə edə bilərdi. Siyasətçi hərbi əməliyyatların Şimali Qafqaza, hətta Rusiyanın Rostov, Volqoqrad və Həştərxan bölgələrinə qədər yayılması təhlükəsindən danışmışdı.
O, belə bir müharibədə İranın Ermənistanın tərəfində dayanacağını da proqnozlaşdırmışdı.
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.