Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
607
27.08.2026, 18:15
Köçəryan ailəsinə qarşı cinayət təqibi: Paşinyan diqqəti sülh prosesindən və ordudakı problemlərdən yayındırır? – ŞƏRH
Ermənistanda keçmiş prezident Robert Köçəryan və onun oğluna qarşı cinayət təqibinin yenidən aktivləşməsi daxili siyasi səhnədə geniş müzakirələrə səbəb olub. Müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan bu addımın cəmiyyətin diqqətini ordudakı acınacaqlı vəziyyətdən və Azərbaycana ediləcək güzəştlərdən yayındırmaq məqsədi daşıdığını bəyan edib. Azərbaycanla sülh prosesi irəlilədikcə Nikol Paşinyan hakimiyyətinə qarşı daxili narazılıq və tənqidlər daha da kəskinləşir. Yaranmış mürəkkəb situasiyada keçmiş hakimiyyət nümayəndələrinə qarşı cinayət işlərinin qabardılması ictimai rəyi başqa istiqamətə yönəltmək üçün əlverişli imkan yaradır.
Paralel olaraq, bu gedişat Paşinyanın daxildəki əsas rəqiblərini zəiflətmək və onları müdafiə mövqeyinə sıxışdırmaq niyyətinə xidmət edə bilər. Lakin prosesin gələcək taleyi siyasi manevrlərdən daha çox, cinayət təqibinin hüquqi müstəvidə neçə davam edəcəyindən asılıdır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev bildirib ki, Ermənistanda hakimiyyətin Köçəryan ailəsinə qarşı cinayət təqibindən siyasi məqsədlər üçün istifadə etməsini ehtimalını təbii ki, istisna etmək olmaz. Çünki Azərbaycanla sülh prosesi irəlilədikcə Ermənistan daxilində hökumətə qarşı narazılıq və tənqidlər də artır.
Onun sözlərinə görə, belə bir vəziyyətdə keçmiş hakimiyyət nümayəndələrinə qarşı cinayət işlərinin gündəmə gəlməsi ictimai diqqəti müəyyən qədər başqa istiqamətə yönəldə bilər:
“Eyni zamanda, bu proses Paşinyanın əsas siyasi rəqiblərini zəiflədə və onları müdafiə mövqeyinə keçirə bilər.
Amma məsələyə yalnız siyasi mübarizə kimi yanaşmaq da düzgün olmaz. Əsas məsələ cinayət təqibinin nə dərəcədə ciddi hüquqi əsaslara söykənməsidir”.
“Əgər hüquqi əsaslar zəif, siyasi maraq isə açıq görünərsə, müxalifətin Paşinyan hakimiyyətinə qarşı irəli sürdüyü ittihamlar daha inandırıcı görünə bilər”, - deyə Polad Mehdiyev qeyd edib.
Çimnaz Telmanqızı
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.