Rusiya bu gecə Kiyevə zərbə endirib
26 İyul 2026, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
491
18.07.2026, 11:27
Rusiya miqrantlara qarşı qadağaları və nəzarət mexanizmlərini daha da sərtləşdirir. Ölkənin daxili işlər nazirinin müavini İqor Zubov deyib ki, Rusiyaya gələn miqrantların izləmə tətbiqi olan mobil telefon alması tələb olunacaq.
Oxu24.com-a musavat.com-a istinadən bildirir ki, Zubov bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin iclasında bildirib. O deyib ki, bu, ilk növbədə uzunmüddətli qalma və ya iş üçün gələn əcnəbilərə aiddir. "Hər bir miqrant qeydiyyatdan keçərkən telefon almalıdır... Bu telefonda onların elektron profili olacaq. Və biz hər bir miqrantın yerini biləcəyik", - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, bu tədbirlər miqrantların "nəzarətsiz bir yerdən digərinə köçməsinin və ya yaşayış yerini dəyişdirməsinin" qarşısını alacaq.
2025-ci ilin sentyabr ayından etibarən Moskvada və ətraf bölgədə yaşayan miqrantlardan yer məlumatlarını polisə ötürən "Amina" tətbiqini quraşdırmaq tələb olunur. Üç iş günü ərzində qeydiyyatdakı yaşayış yerində olmazsa, əcnəbi avtomatik olaraq Daxili İşlər Nazirliyinin reyestrindən çıxarılır. Bundan sonra miqrantın bank xidmətlərinə çıxışı və mənzil kirayəsi bloklanır və o, həmçinin Rusiyadan çıxarıla bilər.
Ümumiyyətlə, şəhərləri vurulan, iqtisadiyyatı zəifləyən, sanksiyalar altında olan Rusiya miqrantlar üçün indi cəlbedicidirmi?
Hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Rusiya ərazi baxımından nəhəng ölkə olduğu üçün bütün sərt tədbirlərə baxmayaraq, miqrantlar üçün cəlbedici ölkə olaraq qalır: "Rusiya xüsusilə, qonşu ölkələrə münasibətdə məhdudiyyətləri tədricən artırır. Ancaq Rusiyada işçi qüvvəsinə ehtiyac var. Buna görə də Hindistan və digər ölkələrdən miqrantlar qəbul etməyə başlayıb. İzləmə tətbiqi olan mobil telefonların alınması ilə bağlı tələb isə şəxsi həyata müdaxilədir. Demək olar ki, bütün ölkələr müxtəlif proqramlar vasitəsilə izləmə həyata keçirirlər. Nəinki ölkələr, hətta bəzən kəşfiyyat qurumları barədə ifşaedici yazılar dərc olunur".
Onun sözlərinə görə, Rusiya isə bunu açıq formada edir: "Miqrantların yalnız öncədən qeydə alınmış izləmə funksiyası olan telefonlar işlətməsi tələbi ilə Rusiya özünə rahat şərait yaratmaq istəyir. Bu, Rusiyanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, o cümlədən Rusiya Konstitusiyasının özünə də ziddir. Telefon danışıqları və s. məsələlər məhkəmə tərəfindən sanksiyalaşdırılmalıdır. Daha əvvəl məhkəmə qərarı olmadan heç kəsin şəxsi danışıqları dinlənə bilməzdi. Görünən odur ki, artıq bu hüquqlar gözardı edilir".
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.