Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqladı - 38 qurum, 24 şəxs..
10 Noyabr 2026, 02:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
846
13.07.2026, 23:15
İan İslam Respublikasının siyasi tarixində misli görünməmiş bir hadisə yaşanıb. Keçmiş prezident Mahmud Əhmədinejad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat strukturları tərəfindən saxlanılaraq, ciddi nəzarət altında ev dustaqlığına yerləşdirilib.
Oxu24.com xəbər verir ki, "The New York Times" qəzetinin İran rəsmilərinə və ABŞ-dakı yüksək səviyyəli mənbələrə istinadən yaydığı məlumatlara görə, bu həbsin arxasında Əhmədinejadın İsrailin "Mossad" xüsusi xidmət orqanı ilə uzun illər davam edən gizli əməkdaşlıq şəbəkəsi dayanır.
İddia edilir ki, Tel-Əviv İrana qarşı hazırladığı genişmiqyaslı planlarda keçmiş prezidenti əsas "kəşfiyyat aktivi" kimi görürdü. İsrail kəşfiyyatının əsas məqsədi mövcud teokratik rejimin süqutu halında Əhmədinejadı ölkəni idarə edə biləcək "keçid dövrünün fiquru" kimi formalaşdırmaq olub. Bu strateji plan çərçivəsində tərəflər arasında yüksək məxfi səviyyədə təmaslar qurulub. Mənbələr vurğulayır ki, 2024-cü ilin əvvəllərində Budapeştdə, iqlim konfranslarından birinin pərdəarxasında keçmiş prezidentlə o dövrdə "Mossad"a rəhbərlik edən David Barnea arasında gizli görüş baş tutub. Bu görüşün təşkili üçün Macarıstanın bəzi rəsmilərinin vasitəçiliyindən istifadə edildiyi bildirilir.
Əlaqələrin xronologiyası bununla da bitmir. İddiaya görə, danışıqlar prosesi 2025-ci ildə də davam edib və hətta Qvatemala kimi ölkələrdə də görüşlər keçirilib. 2024-cü ilin fevralında regionda vəziyyət gərginləşdiyi və ABŞ ilə İsrailin İrana qarşı genişmiqyaslı hərbi zərbələrə başladığı dövrdə, "Mossad" Əhmədinejadı qorumaq üçün xüsusi əməliyyat həyata keçirməyə cəhd edib. İsrail Hərbi Hava Qüvvələrinin keçmiş prezidentin iqamətgahına endirdiyi dəqiq zərbə, SEPAH-ın mühafizə dəstələrini zərərsizləşdirməyə və Əhmədinejadı "təhlükəsiz zonaya" çıxarmağa xidmət edib.
Lakin plan gözlənilməz dönüşlə üzləşib. Əməliyyat nəticəsində İran daxilində gizli bir mənzilə köçürülən keçmiş prezident, iddialara görə, İsrailin siyasi ssenariləri ilə razılaşmayaraq, özbaşına sığınacağı tərk edib. Onun sonrakı hərəkətləri İranın təhlükəsizlik orqanlarının diqqətindən yayınmayıb. Maraqlıdır ki, bu dramatik hadisələrdən qısa müddət sonra Mahmud Əhmədinejad, İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində gücləndirilmiş mühafizə altında ictimaiyyət qarşısına çıxıb. Hazırda isə rəsmi Tehranın onun "Mossad"la bütün əlaqələrini sübut edən sənədlərə malik olduğu və bu səbəbdən onun tam təcrid edildiyi bildirilir.
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.