Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
465
13.07.2026, 18:52
Yaz aylarında ekspedisiya kruiz gəmisində qeydə alınan hantavirus infeksiyası nəticəsində üç nəfər həyatını itirsə də, hadisə dünya əhalisi üçün qlobal təhlükə yaratmayıb.
Oxu24.com xəbər verir ki, bu nəticə "JAMA Internal Medicine" jurnalında dərc olunan araşdırmada yer alıb.
Merilend Universiteti Tibb Məktəbinin epidemioloqu Daniel J. Morqanın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, hadisənin əsas problemi virusun bioloji təhlükəsi deyil, cəmiyyətdə yaranan genişmiqyaslı panika və beynəlxalq qurumların koordinasiyasız fəaliyyəti olub.
Araşdırmaya görə, infeksiya bu il mayın 2-də Cənubi Amerikadan Kanar adalarına doğru hərəkət edən və göyərtəsində 23 ölkənin vətəndaşlarını daşıyan MV Hondius ekspedisiya gəmisində başlayıb. May ayının ortalarınadək 13 yoluxma halı və üç ölüm qeydə alınıb.
Yoluxmaya səbəb insanlar arasında ötürülə bilən yeganə hantavirus növü hesab olunan "Andes" ştammı olub. İlk yoluxan şəxs Çili və Argentinada ekspedisiya zamanı gəmiricilərdən virusa yoluxan Niderland vətəndaşı, ornitoloq olub. O, vəfat etməzdən əvvəl virusu həyat yoldaşına və bir neçə digər sərnişinə ötürə bilib.
Virusun inkubasiya dövrü 42 günə qədər davam etdiyindən bütün təmasda olan şəxslər ciddi nəzarətə götürülüb, onların bir hissəsi isə ABŞ-ın Nebraska ştatındakı xüsusi mərkəzdə təcrid olunub.
Alimlər bildirirlər ki, yoluxma zəncirləri vaxtında aşkarlanaraq erkən mərhələdə dayandırılıb. Onların sözlərinə görə, "Andes" ştammının insandan insana ötürülmə qabiliyyəti çox məhduddur və gəmidən kənarda geniş yayılma riski mövcud olmayıb.
Buna baxmayaraq, mediada yeni pandemiya ilə bağlı qorxu sürətlə yayılıb və bu da müxtəlif ölkələrdə fərqli qərarların qəbul edilməsinə səbəb olub. Məsələn, ABŞ ölkəyə gələn şəxslər üçün məcburi sərt karantin tətbiq etdiyi halda, Kanada ev şəraitində özünümüşahidə ilə kifayətlənib.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu hadisənin uğurla lokallaşdırılması dünyanın yeni bioloji təhdidlərə tam hazır olması anlamına gəlmir. Onların fikrincə, sözügedən virusun kütləvi yayılma potensialı əvvəlcədən çox aşağı idi.
Epidemioloqları daha çox narahat edən məsələ isə COVID-19 pandemiyasından sonra rəsmi tibbə olan etimadın zəifləməsidir. Araşdırma müəllifləri hesab edirlər ki, dövlət qurumları və media yalnız elmi cəhətdən sübut olunmuş faktlara əsaslanan sakit və şəffaf kommunikasiya aparmalıdır. Bu yanaşma xüsusilə ona görə vacib sayılır ki, hazırda Konqo Demokratik Respublikasında həqiqətən təhlükəli və genişmiqyaslı Ebola epidemiyası davam edir. Məlumata görə, burada 500-dən çox yoluxma və 100-ə yaxın ölüm halı təsdiqlənib, Ümumdünya Səhiyyə Təşkilatı isə fövqəladə vəziyyət elan edib. Lent.az
00:03 / 22 Avqust 2026
17
23:49 / 21 Avqust 2026
46
23:00 / 21 Avqust 2026
53
22:39 / 21 Avqust 2026
53
22:25 / 21 Avqust 2026
64
22:11 / 21 Avqust 2026
71
21:57 / 21 Avqust 2026
83
21:30 / 21 Avqust 2026
73
20:56 / 21 Avqust 2026
78
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
79
19:42 / 21 Avqust 2026
92
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
169
18:46 / 21 Avqust 2026
100
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
95
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
114
17:59 / 21 Avqust 2026
98
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
102
17:10 / 21 Avqust 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.