Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
423
11.07.2026, 12:57
Kosmosa səyahət edən ən yaşlı qadın kimi tarixə düşən Uolli Funk 87 yaşında vəfat edib.
Oxu24.com “Qafqazinfo”a istinadən xəbər verir ki, ABŞ-nin Texas ştatındakı Qreypvin şəhərində yerləşən qocalar evində dünyasını dəyişən Funk son vaxtlar bir neçə dəfə yıxılmış və ayaq infeksiyası keçirmişdi.
Uolli Funk 2021-ci il iyulun 20-də “Amazon”un qurucusu Ceff Bezos, onun qardaşı Mark Bezos və Oliver Daemen ilə birlikdə “Blue Origin” şirkətinin hazırladığı “New Shepard” kosmik gəmisində kosmosa səyahət etmişdi. O zaman 82 yaşı olan Funk bu uçuşla kosmosa çıxan ən yaşlı qadın kimi tarixə düşmüşdü.
NASA-nın rəhbəri Cared Ayzekman sosial şəbəkədə paylaşdığı başsağlığı mesajında bildirib: “Uolli Funk bir gün kosmosa çatacağına olan inamını heç vaxt itirmədi. Onun uçuş ehtirası, qətiyyəti və kəşfiyyat sevgisi nəsillərə ilham verməyə davam edəcək”.
Uolli Funkun kosmosa gedən yolu isə olduqca çətin olub. O, 1960-cı illərdə NASA-nın astronavt hazırlığı proqramının bütün sınaqlarını uğurla başa vuran, lakin qadın olduğu üçün kosmosa göndərilməyən “Mercury 13” qrupunun üzvlərindən biri idi.
Funk illər sonra, 82 yaşında uşaqlıq arzusunu gerçəkləşdirə bildi. Onun rekordu daha sonra 90 yaşında kosmosa uçan “Star Trek” aktyoru Uilyam Şatner və amerikalı pilot Ed Duayt tərəfindən yenilənsə də, Uolli Funk hələ də kosmosa səyahət edən ən yaşlı qadın kimi xatırlanır.
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.