Üç ölkə arasında görünməmiş köç başladı – 17 ilin rekordu
10 Noyabr 2026, 08:46
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
695
03.07.2026, 15:31
Rusiyada aviasiya sahəsində növbəti yüksək vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edilib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, Moskvanın Xoroşevski Rayon Məhkəməsi "Rosaviasiya"nın (Federal Hava Nəqliyyatı Agentliyi) sabiq rəhbəri Aleksandr Neradkoya həbs qətimkan tədbiri seçib.
O, xüsusilə külli miqdarda dələduzluğun mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunur. Bu maddə üzrə onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rusiya hüquq-mühafizə orqanları hələlik Neradkoya qarşı irəli sürülən ittihamların mahiyyətini açıqlamayıb.
Diqqətçəkən məqam isə odur ki, Neradkonun həbsindən cəmi iki gün əvvəl onun keçmiş müavini Konstantin Maxov da saxlanılıb.
Maxov 2008–2017-ci illərdə "Rosaviasiya" rəhbərinin müavini olub. Dövlət qulluğundan ayrıldıqdan sonra isə Kremlin yaxın çevrəsinə daxil olan milyarder Arkadi Rotenberqin nəzarətindəki şirkətlərdə rəhbər vəzifələr tutub.
Məlumata görə, Maxovun rəhbərlik etdiyi şirkətlərdən bəziləri iyunda həbs edilən tanınmış iş adamı İlya Traberin aktivlərinin alınması ilə bağlı layihələrdə iştirak edib.
"Aviatorşina" teleqram kanalı iddia edir ki, Neradko və Maxovun cinayət işləri Domodedovo hava limanında 2014-cü ildən tikilən yeni uçuş-eniş zolağı zamanı təxminən 800 milyon rublun mənimsənilməsi işi ilə bağlıdır. Həmin dövrdə aerodrom infrastrukturuna məhz Maxov cavabdeh olub.
Aleksandr Neradko 2009–2023-cü illərdə "Rosaviasiya"ya rəhbərlik edib. O, bu illər ərzində dəfələrlə qalmaqallarla gündəmə gəlib. 2017-ci ildə Rusiya Baş Prokurorluğu onun tutduğu vəzifəyə uyğunluğunun yoxlanılmasını təklif edib. Həmin il və 2022-ci ildə Nəqliyyat Nazirliyi Neradkonun vəzifədən uzaqlaşdırılması təşəbbüsü ilə çıxış edib.
"Rosaviasiya"da onun rəhbərliyi dövründə çalışan daha üç yüksək vəzifəli şəxs də son illərdə korrupsiya ittihamı ilə həbs olunub. Belə ki, sabiq rəhbər müavini Sergey Timoşenko Domodedovo layihəsi üzrə rüşvət almaqda; Uçuş İstismarı İdarəsinin keçmiş rəisi Maksim Kostılyov "Azur Air" şirkətindən güzəştli Türkiyə turları almaqda; Ali İxtisas Komissiyasının keçmiş rəhbəri Maksim Pavlyuk isə pilotlardan 15,5 milyon rubldan çox rüşvət almaqda ittiham olunaraq 8 il azadlıqdan məhrum edilib.
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.