Rusiya nəşri: "Paşinyanın ayağı Kremlə uzun müddət dəyməyəcək..."
07 İyul 2026, 10:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
430
30.06.2026, 14:28
İraqda hökumətin korrupsiyaya qarşı başladığı genişmiqyaslı əməliyyatlar çərçivəsində deputatlar və yüksəkvəzifəli məmurlar da daxil olmaqla 67 nəfər saxlanılıb.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, əməliyyat zamanı deputatlardan birinin evində 57 milyon ABŞ dolları nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarı aşkarlanıb.
Məlumata görə, İraqın Baş naziri Əli əl-Zeydinin göstərişi ilə həyata keçirilən əməliyyatlar son illərin ən geniş korrupsiya araşdırmalarından biri hesab olunur. Dövlət qurumlarında aparılan istintaq çərçivəsində çoxsaylı yüksəkvəzifəli şəxslər barəsində tədbirlər görülür və saxlanılanların sayının artdığı bildirilir.
İddialara əsasən, deputat Hind əl-Abbasinin evində aparılan axtarış zamanı 57 milyon ABŞ dolları nağd pul və 27 kiloqram saf qızıl aşkar edilərək götürülüb. Əməliyyat zamanı evdə qızıldan hazırlanmış alt paltarının da tapıldığı qeyd olunur.
İstintaq çərçivəsində saxlanılan 67 nəfər arasında deputatlar və yüksəkvəzifəli bürokratların olduğu bildirilir. Əməliyyatın dövlət vəsaitlərinin mənimsənilməsi və korrupsiya iddiaları ilə bağlı aparılan geniş araşdırmanın tərkib hissəsi olduğu vurğulanır.
10:53 / 07 İyul 2026
4
10:48 / 07 İyul 2026
20
10:46 / 07 İyul 2026
23
10:39 / 07 İyul 2026
42
10:32 / 07 İyul 2026
41
10:15 / 07 İyul 2026
214
10:12 / 07 İyul 2026
63
09:59 / 07 İyul 2026
61
09:58 / 07 İyul 2026
707
09:38 / 07 İyul 2026
406
09:34 / 07 İyul 2026
117
09:27 / 07 İyul 2026
59
09:24 / 07 İyul 2026
71
09:16 / 07 İyul 2026
264
09:11 / 07 İyul 2026
179
09:08 / 07 İyul 2026
65
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
688
00:16 / 07 İyul 2026
165
00:12 / 07 İyul 2026
147
00:10 / 07 İyul 2026
315
00:02 / 07 İyul 2026
143
23:56 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.