İranda Azərbaycan dilində olan kənd adı dəyişdirildi - FOTO
07 İyul 2026, 09:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
445
24.06.2026, 15:04
Qətər yaxın həftələrdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını yenidən normal səviyyəyə çatdırmağı planlaşdırır.
Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki , Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb. O bildirib ki, ABŞ və İran arasında əldə olunan müvəqqəti razılaşmadan sonra ölkə enerji sektorunda fəaliyyətini tam bərpa etməyə hazırlaşır.
Baş nazirin sözlərinə görə, Qətər dünyanın ikinci ən böyük LNG istehsalçısıdır. Mart ayında Ras Laffan qaz emalı kompleksinə dron hücumu nəticəsində istehsal dayandırılmışdı. Hazırda isə bərpa işləri sürətlə davam etdirilir.
“Bir neçə həftə ərzində istehsal normal vəziyyətə qayıdacaq. Yalnız zədələnmiş obyekt istisna olmaqla, bütün sahələrdə fəaliyyət bərpa olunacaq. Komandalarımız artıq bir neçə həftədir səfərbər olunub və QatarEnergy boğazlarda vəziyyət sabitləşən kimi tam fəaliyyətə qayıtmağa hazırdır”, – deyə əl-Tani bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, dövlətə məxsus QatarEnergy şirkəti mart ayında elan etdiyi fors-major rejimini yalnız bütün təhlükəsizlik və əməliyyat problemləri aradan qaldırıldıqdan sonra ləğv edəcək.
Qətərin Baş naziri ABŞ və İran arasında yaradılmış birbaşa əlaqə mexanizminin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, bu mexanizm hər hansı təhlükə ilə üzləşən gəmilərin yoxlanılmasını və təhlükəsiz keçidinin təmin edilməsini nəzərdə tutur.
Əl-Tani bildirib ki, ABŞ-İran anlaşmasının 30-cu gününədək Hörmüz boğazından keçən gəmiçilik həcminin müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilir. Bununla belə, o, etimadın bərpası və ticarət marşrutlarının tam normallaşması üçün müəyyən zamana ehtiyac olduğunu vurğulayıb.
Baş nazir həmçinin İranın Hörmüz boğazında rüsum tətbiq etmək təşəbbüsünə qarşı olduqlarını bildirib. O qeyd edib ki, Qətər üçün bu boğaz dünyaya çıxışı təmin edən əsas və yeganə dəniz marşrutudur və onun hər hansı formada nəzarət altına alınmasını qəbul etmək mümkün deyil.
09:38 / 07 İyul 2026
1
09:34 / 07 İyul 2026
19
09:27 / 07 İyul 2026
28
09:24 / 07 İyul 2026
36
09:16 / 07 İyul 2026
133
09:11 / 07 İyul 2026
113
09:08 / 07 İyul 2026
40
00:44 / 07 İyul 2026
144
00:18 / 07 İyul 2026
639
00:16 / 07 İyul 2026
148
00:12 / 07 İyul 2026
142
00:10 / 07 İyul 2026
305
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
677
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
307
23:08 / 06 İyul 2026
1395
23:02 / 06 İyul 2026
621
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
249
22:36 / 06 İyul 2026
720
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.