Qaynar xətt:

(+99450) 247 90 86

Filippində güclü zəlzələ sahil xəttini dəyişdi

Filippində güclü zəlzələ sahil xəttini dəyişdi

DÜNYA

87

19.06.2026, 12:30

Filippində baş verən 7,8 bal gücündə güclü zəlzələ ölkənin cənubunda ciddi fəsadlara səbəb olub və sahil xəttinin dəyişməsinə gətirib çıxarıb.

Oxu24.com france24.com-a istinadən xəbər verir ki zəlzələ Mindanao adasının cənubunda yerləşən Kotabato çökəkliyinin yerdəyişməsi nəticəsində baş verib. Təbii fəlakət zamanı binalar uçub, torpaq sürüşmələri qeydə alınıb və ən azı 76 nəfər həyatını itirib.Hadisə nəticəsində dəniz dibində “sahil qalxması” adlanan geoloji proses müşahidə olunub. Filippin seysmoloqlarının bildirdiyinə görə, bəzi ərazilərdə dəniz dibi təxminən 2 metr qalxaraq sahil xəttini 200 metrədək genişləndirib.

Yerli sakinlər zəlzələ zamanı sahilin real vaxtda dəyişdiyini, əvvəllər su altında olan mərcanların və dəniz dibinin üzə çıxdığını bildiriblər. Filippin Seysmologiya Mərkəzinin nümayəndələri isə dəyişikliklərin daimi xarakter daşıdığını qeyd ediblər.Rəsmilər zəlzələdən sonra bölgədə 8 500-dən çox afterşok qeydə alındığını açıqlayıblar. Qeyd olunur ki, bu ərazi uzun illərdir aktiv seysmik zonalardan biri hesab olunur.

Mütəxəssislər baş verənləri təbii tektonik proseslərin nəticəsi kimi qiymətləndirir və bölgədə gələcəkdə də güclü yeraltı təkanların istisna olunmadığını bildirirlər.

Turan