ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1190
23.04.2026, 12:33
Hörmüz TƏLƏSİ: Qlobal iqtisadiyyatın ipi kimin əlindədir? – Polad Mehdiyevdən PROQNOZ
ABŞ–İsrail–İran üçbucağında gərginliyin pik həddə çatması Yaxın Şərqin enerji xəritəsini və qlobal logistika yollarını yenidən formalaşdırır. Körfəz ölkələri birbaşa hədəfə çevrilərkən, Azərbaycan, Türkiyə və Pakistan bu böhranlı vəziyyətdə "təhlükəsiz liman" və strateji çıxış yolu kimi ön plana çıxır.
Oxu24.com- a danışan siyasi şərhçi Polad Mehdiyev mövzu ilə bağlı diqqətçəkən məqamlara toxunub.
O bildirib ki, hərbi eskalasiya təkcə raket zərbələri demək deyil, həm də qlobal iqtisadiyyatın "şah damarı" sayılan Hörmüz boğazının iflic olması riskidir.
Polad Mehdiyevin fikrincə, qarşıdurmanın kəskinləşməsi Körfəz regionunu birbaşa risk zonasına çevirir və təhdidlər üç istiqamətdə qruplaşır:
“İranın raket və dron potensialı, həmçinin regiondakı proksi qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ-nin enerji obyektlərini hədəf ala bilər. Bu, investisiya mühitinə ağır zərbədir.Dünya neftinin üçdə birinin keçdiyi Hörmüz boğazı bağlansa və ya burada hərəkət məhdudlaşsa, qlobal neft qiymətləri proqnozlaşdırılmaz dərəcədə artacaq. Bu isə qlobal inflyasiyaya yol açan əsas faktor olacaq.Dəniz yollarına olan asılılıq Körfəz ölkələrini alternativ quru dəhlizləri axtarmağa məcbur edir”.
Böhran fonunda dəniz yollarının riskli hala gəlməsi quru dəhlizlərinin və etibarlı tərəfdaşların əhəmiyyətini artırır. Şərhçi qeyd edir ki, bu məqamda üç qardaş ölkənin rolu kritikdir:
“Bakı, Xəzər–Qara dəniz xətti və Orta Dəhliz vasitəsilə qlobal yük daşımalarında əvəzedilməz alternativ platformaya çevrilir. Avropanın enerji təhlükəsizliyində oynadığı rol Azərbaycanın strateji çəkisini daha da artırır.
Həm NATO üzvü, həm də regional dialoq mərkəzi olan Ankara, enerji və nəqliyyat qovşağı kimi qitələri birləşdirən əsas açar dövlətdir. Alternativ marşrutların hamısı Türkiyə üzərində kəsişir.
Nüvə dövləti olaraq Pakistan, regionda hərbi-siyasi balansın qorunmasında həlledici faktordur. İslam dünyasındakı çəkisi ilə o, İran və Körfəz ölkələri arasında sabitləşdirici rol oynayır”.
Polad Mehdiyev vurğulayır ki, dəniz yollarının təhlükə altına düşməsi yeni bir geoiqtisadi dövrün başlanğıcıdır. Bu yeni balansda Azərbaycan, Türkiyə və Pakistan həm tranzit dəhlizləri təmin edən, həm də siyasi sabitliyi qoruyan əsas aktorlar kimi öz mövqelərini möhkəmləndirirlər. Regionun gələcəyi artıq təkcə neftdən deyil, həm də bu strateji ittifaqların effektivliyindən asılı olacaq.
Çimnaz Telmanqızı
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.