Mən necə prezident oğluyam ki... - Yusif Pezeşkian
09 Aprel 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
90
09.04.2026, 16:10
Son günlərdə ABŞ ilə İran arasında münasibətlər yenidən gərgin mərhələyə daxil olub. Vaşinqtonun tətbiq etdiyi sərt sanksiyalar, hərbi və siyasi təzyiq fonunda əsas sual dəyişmir: bu strategiya Tehranı geri addım atmağa məcbur edəcəkmi?Yaxın günlərdə hər iki dövlət tərəfindən hansı addımlar gözlənilir.
Mövzu ətrafında suallarımızı siyasi ekspert Məhəmməd Əsədullazadə cavablandırıb.
O, Oxu24.com-a açıqlamasında bildirib ki, ABŞ və İran arasında qısa müddətli, təxminən iki həftəlik atəşkəs əldə olunub. Lakin ekspertin sözlərinə görə, bu atəşkəs olduqca kövrək xarakter daşıyır. İsrail bu atəşkəsi prossesini pozur.
Həmçinin oxuyun
"Baxmayaraq ki, rəsmi Islamabad Livan məsələsində atəşkəs razılaşmasına çağırır. Eləcə də Donald Trampın açıqlamalarından aydın olur ki,o da atəşkəs olmasında maraqlıdır və İranla əməkdaşlıq edir.İran zəif tərəf kimi görünsə də, düşünmürəm ki,təslim olsun .ABŞ İrana kapitulyasiya aktı imzalada bilmədi. Bu gün tərəflər daha çox tərəfdaş kimi masa arxasına oturublar. İranın əlində Hörmüz boğazı bir növ Amerikaya qarşı təzyiq alətidir.Onlar bu alətdən öz xeyirlərinə istifadə edirlər. İslamabadda keçiriləcək görüşlərdə tərəflər uzunmüddətli razılaşma və sülh üçün danışıqlar aparacaq. Əgər İsrail bu prossesə mane olmasa uzunmüddətli razılaşmalar əldə olunacaq. Ancaq burada İranın təslim olmasından söhbət getmir.
İran zəifləyib hərbi infrastrukturu sıradan çıxarılıb,iqtisadiyyatı ciddi zərbə alıb,ancaq İran rejimi yerindədir.
Assimetrik müharibəni davam etdirdi və hələ də davam etdirə biləcəyini deyir. Bununla belə, İran da atəşkəsdə maraqlıdır. Çünki getdikcə hərbi infrastruktur sıradan çıxa, həmçinin iqtisadiyyatı çökə bilər. Amerika da müharibənin uzanmasında maraqlı deyil. Buna görə ortaq məxrəcə gəlib atəşkəs əldə olunub.İslamabad görüşü baş tutarsa, bu müstəvidə danışıqlar davam etdiriləcək",-deyə politoloq bildirib.
Hazırladı: Aysel
19:16 / 09 Aprel 2026
1
19:02 / 09 Aprel 2026
33
18:50 / 09 Aprel 2026
26
18:40 / 09 Aprel 2026
41
18:30 / 09 Aprel 2026
53
18:20 / 09 Aprel 2026
46
18:10 / 09 Aprel 2026
118
18:00 / 09 Aprel 2026
51
17:56 / 09 Aprel 2026
86
17:50 / 09 Aprel 2026
49
17:34 / 09 Aprel 2026
327
17:24 / 09 Aprel 2026
55
17:22 / 09 Aprel 2026
55
17:20 / 09 Aprel 2026
64
17:09 / 09 Aprel 2026
59
17:06 / 09 Aprel 2026
61
16:58 / 09 Aprel 2026
332
16:54 / 09 Aprel 2026
73
16:51 / 09 Aprel 2026
193
16:48 / 09 Aprel 2026
47
16:44 / 09 Aprel 2026
68
16:39 / 09 Aprel 2026
87
16:30 / 09 Aprel 2026
1343
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.