Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
614
07.04.2026, 13:20
Rusiyada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır, Ermənistan cəmiyyəti Rusiya və KTMT ilə münasibətləri yenidən nəzərdən keçirir.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni politoloq Stepan Səfəryan Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi bəyanatları şərh edərkən deyib.
“Rusiyanın Ermənistanı “sol cib”inə, Azərbaycanı isə “sağ cib”inə qoymaq planı alınmadı, onların Qafqazla bağlı bu siyasəti məhv edildi”, - ekspert qeyd edib.
Politoloqun fikrincə, Rusiya Ermənistanla bağlı nə edəcəyini bilmir:
“Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir, cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. Əgər Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar - bununla hədələyirlər - bu da problemli addım olardı. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik, belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər”.
Putinin Ermənistandakı rusiyameyilli qüvvələrlə bəyanatına toxunan Səfəryan söyləyib ki, Rusiya lideri bu çıxışı ilə əslində həmin qüvvələrə zərər vurub: “Başqa bir ölkənin prezidentinin digər ölkədə daxili işlərə müdaxilə edən qüvvələrə sahib olduğunu deməsi rüsvayçılıqdır. Bu, həmin siyasi qüvvələrin dəfn olunması deməkdir”.
Səfəryanın fikrincə, Vladimir Putinin bu bəyanatı Ermənistan Mərkəzi Seçki Komissiyasının həmin qüvvələri qeydiyyata almaması üçün kifayət edir:
“Onlar (Samvel Karapetyan və komandası) “güclü Ermənistan”dan danışırlar, başqa bir fraksiya isə “Ermənistan” (Robert Köçəryan və komandası) adını daşıyır, amma nəticədə məlum olur ki, bunlar sadəcə “Ermənistan” adından istifadə edərək başqa ölkələrə xidmət edən qüvvələrdir”.
Aprelin 1-də Vladimir Putin Nikol Paşinyanla görüşdə Ermənistanda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkib. Putin deyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir: “Bu, sizin qərarınızdır, amma biz istərdik ki, Rusiya pasportu olanlar daxili siyasi proseslərdə iştirak edə bilsinlər”.
Ermənistan Baş nazirinin Rusiya prezidentinə cavabı belə olub:
“Diqqətinizi ona çəkmək istəyirəm ki, bu seçkilərdə ancaq Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Başqa sözlə desək, Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilərlər”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.