Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2303
04.04.2026, 22:27
İranın Buşehr Nüvə Enerji Santralına endirilən zərbələr regionda gərginliyi pik həddə çatdırıb. ABŞ və İsrail tərəfindən hədəf alınan strateji obyekt artıq dördüncü dəfədir ağır hücuma məruz qalır. Baş verən partlayışlar və dağıntılar fonunda Tehran rəsmiləri bütün dünyanı sarsıdacaq bəyanatla çıxış ediblər.
Oxu24.com xəbər verir ki,İran Xarici İşlər Naziri Abbas Araqçi bildirib ki, nüvə obyektinin bombalanması yalnız Tehran üçün deyil, bütün Körfəz ölkələri üçün böyük təhlükədir. Araqçinin sözlərinə görə, mümkün radioaktiv sızıntı Tahranı deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin paytaxtlarını yaşanmaz hala gətirə bilər. O, beynəlxalq birliyin bu hücumlara səssiz qalmasını kəskin tənqid edərək, Qərbin vaxtilə Zaporojye AES ətrafındakı narahatlığını xatırladıb.
Hazırda gərginliyin digər tərəfində isə Donald Trampın ultimatum müddəti daralır. Hörmüz boğazının açılması və yeni sazişin imzalanması üçün verilən vaxtın bitməsinə cəmi 48 saat qalıb. Tramp sosial media hesabından etdiyi paylaşımda vaxtın dolduğunu və müqavilə bağlanmasa Tehranın ağır nəticələrlə üzləşəcəyini qeyd edib.
Sahədə isə diplomatik gedişlərin hələlik hər hansı nəticə vermədiyi görünür. ABŞ-nin vasitəçilər vasitəsilə təklif etdiyi 48 saatlıq müvəqqəti atəşkəs planına İran tərəfi rəsmi cavab verməkdən imtina edib. Bunun əvəzinə hərbi əməliyyatların miqyası genişlənib və Kuveyt yaxınlığındakı hərbi anbarların vurulması ilə qarşıdurma daha da kəskinləşib. Artıq bir aydan çoxdur davam edən bu hərbi prosesin regionun ekoloji və siyasi gələcəyini necə dəyişəcəyi sual altındadır.
Demokrat.az
09:58 / 10 İyun 2026
1
09:45 / 10 İyun 2026
28
09:43 / 10 İyun 2026
29
09:42 / 10 İyun 2026
34
09:40 / 10 İyun 2026
48
09:39 / 10 İyun 2026
39
01:04 / 10 İyun 2026
286
00:24 / 10 İyun 2026
340
00:01 / 10 İyun 2026
214
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
156
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
550
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
151
21:29 / 09 İyun 2026
183
21:23 / 09 İyun 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.