Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahuya dedim ki, oranı vurma: daha vurmayacaq

Netanyahuya dedim ki, oranı vurma: daha vurmayacaq

DÜNYA

79

19.03.2026, 23:31

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışdığını və ona İranın neft və qaz obyektlərinə hücumları dayandırmağı tapşırdığını bildirib.

Oxu24.com  xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Mən ona “Bunu etmə” dedim və o, bunu etməyəcək”, - Tramp bildirib.

Qeyd edək ki, İsrail İranın Cənubi Pars yatağına zərbə endirib. Bundan sonra İran BƏƏ, Qətər, Küveyt və Səudiyyə Ərəbistanında neft və qaz yataqlarını hədəf alıb. Ən böyük ziyan Qətərə dəyib.

Tramp İsrailin bu hücumundan xəbəri olmadığını bildirərək, Qətəri bir daha vuracağı təqdirdə İranı dəhşətli hücumla hədələyib.(axar.az)