ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1387
15.03.2026, 12:19
İranın yeni Ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli formada Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.
Oxu24.com xəbər verir ki, bunu İranın yeni Ali rəhbəri Müctəba Xameneiyə yaxın olan yüksəkrütbəli mənbə "Al-Jarida" nəşrinə bildirib.
"Moskvada uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birinin nəzdindəki özəl xəstəxanada müalicə alır",- məlumatda qeyd olunub.
Mənbənin sözlərinə görə, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Müctəba yaralanıb. İrana hücumların davam etməsi isə onun ölkədə müalicə almasını çətinləşdirib və bu səbəbdən Xamenei Rusiya paytaxtına aparılıb:
"Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəbanın Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri, o cümlədən Xamenei, Rusiyanın təklifini diqqətlə nəzərdən keçirib və təsdiqləyib".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Ən böyük şəhərlər, o cümlədən Tehran zərbələrə məruz qalıb. İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə də zərbələr endirilib.
Report
10:39 / 13 Noyabr 2026
1
10:25 / 13 Noyabr 2026
45
10:22 / 13 Noyabr 2026
71
10:20 / 13 Noyabr 2026
42
10:08 / 13 Noyabr 2026
118
10:02 / 13 Noyabr 2026
51
09:51 / 13 Noyabr 2026
94
09:46 / 13 Noyabr 2026
666
09:44 / 13 Noyabr 2026
105
09:38 / 13 Noyabr 2026
87
09:34 / 13 Noyabr 2026
122
09:33 / 13 Noyabr 2026
69
09:31 / 13 Noyabr 2026
77
01:52 / 13 Noyabr 2026
296
01:49 / 13 Noyabr 2026
824
01:42 / 13 Noyabr 2026
56
00:49 / 13 Noyabr 2026
156
00:18 / 13 Noyabr 2026
148
00:17 / 13 Noyabr 2026
237
23:53 / 12 Noyabr 2026
1821
23:51 / 12 Noyabr 2026
250
23:40 / 12 Noyabr 2026
302
23:34 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.