Qaynar xətt:

(+99450) 247 90 86

NATO İranla bağlı bu suala cavab verdi

NATO İranla bağlı bu suala cavab verdi

DÜNYA

96

12.03.2026, 19:39

NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı (SACEUR) Aleksus Qrinkeviç, İranın cənubundakı Minabda qızlar ibtidai məktəbinə edilən hücumda ABŞ-ın günahkar olduğunu inkar  edib.

Oxu24.com xəbər verir  ki,O, bu açıqlamanı Forbes-in YouTube kanalında yayımlanan Senat dinləmələri zamanı verdi.

"Karyeram boyunca mülki şəxslərə zərər verməmək üçün əlimdən gələni etmişəm. Deyərdim ki, buna tamamilə sadiq qalmışam. Bilirəm ki, Müdafiə Nazirliyi də eyni şeyi etməyə çalışır və bu kimi faciələr baş verdikdə, hamımızı düşünməyə və hərəkətlərimizi təkmilləşdirməyə çalışmağa məcbur edir", - deyə hərbi komandir bildirib.

Baş komandandan məktəbə edilən hücumun mümkün səbəbləri barədə də soruşulub, lakin o, birbaşa cavab verməkdən imtina edib. O, "adətən hava qəzasına bənzər bir sıra səhvlər baş verdiyini" bildirib və hadisəyə səbəb olan bütün amilləri müəyyən etmək üçün araşdırma aparılmalı olduğunu əlavə edib.

Daha əvvəl The New York Times qəzeti ilkin araşdırmaya istinadən bildirib ki, ABŞ qızlar ibtidai məktəbinə Tomahawk raket hücumuna görə məsuliyyət daşıyır.

Jalə