ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2014
12.03.2026, 19:49
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ölkədə siyasi gərginliyin yenidən artmasına səbəb olub. Seçkilərə təxminən üç ay qalmasına baxmayaraq, hakimiyyət və müxalifət arasında siyasi mübarizə artıq açıq qarşıdurma mərhələsinə keçmək üzrədir. Bu vəziyyət həm daxili siyasi balans, həm də regiondakı proseslər fonunda xüsusi diqqət çəkir.
Ermənistanda siyasi gərginliyin əsas səbəblərindən biri ölkədə hakimiyyətə olan etimadın müəyyən dərəcədə zəifləməsidir. Xüsusilə, son illər regionda baş verən hadisələr və təhlükəsizlik məsələləri hakimiyyətə qarşı tənqidi mövqeləri artırıb.
Mövzu barədə Oxu24.com-a açıqlama verən politoloq Oqtay Qasımov Ermənistanda siyasi mübarizənin kifayət qədər ciddi xaraktet aldığını qeyd edib:
“Nəzərə alsaq ki, parlament seçkilərinə 3 aydan az bir vaxt qalıb və bütün qüvvələr öz güclərini səfərbər edərək uğur qazanmağa çalışırlar. Ermənistandakı bu seçkilər həm də kənar müdaxilələrin olacağı seçkilər hesab edilir. Rusiya Paşinyan hakimiyyətini devirmək üçün öz tərəfdarlarına ciddi dəstək verəcək. Hazırda Ermənistandakı revanşist qüvvələrin bir araya toplanması ilə bağlı addımlar atılır. Bu baxımdan Paşinyan və onun komandasının əsas vəzifəsi hakimiyyəti qorumaq, digərlərinin marağı və məqsədi isə hakimiyyəti devirməkdir. Rusiya Moldova varinatında olduğu kimi bu qüvvələrə ciddi dəstək verməyə çalışacaq”.
Politoloqun sözlərinə görə, sorğulardan görünür ki, Paşinyanın və onun partiyasının reytinqi digərlərindən üstün olsa da, hazırkı vəziyyətdə bu nəticələr birpartiyalı hökumət formalaşdırmaq üçün konstutision çoxluğa gətirib çıxaracaq üstünlük deyil:
“Ona görə də Paşinyan seçkilərə qədər müddətdə cəmiyyətdə daha çox dəstək almağa çalışacaq ki, hakimiyyətini qorusun və daha sonra planlaşdırılan addımları ata bilsin. Bu baxımdan qarşıdakı üç ayda Ermənistanda vəziyyətin gərgin xarakter alacağını görəcəyik”.
Yeganə
11:40 / 13 Noyabr 2026
8
11:21 / 13 Noyabr 2026
118
11:15 / 13 Noyabr 2026
54
11:12 / 13 Noyabr 2026
64
11:00 / 13 Noyabr 2026
61
10:50 / 13 Noyabr 2026
59
10:45 / 13 Noyabr 2026
60
10:39 / 13 Noyabr 2026
69
10:25 / 13 Noyabr 2026
90
10:22 / 13 Noyabr 2026
100
10:20 / 13 Noyabr 2026
76
10:08 / 13 Noyabr 2026
315
10:02 / 13 Noyabr 2026
81
09:51 / 13 Noyabr 2026
148
09:46 / 13 Noyabr 2026
1042
09:44 / 13 Noyabr 2026
136
09:38 / 13 Noyabr 2026
105
09:34 / 13 Noyabr 2026
152
09:33 / 13 Noyabr 2026
87
09:31 / 13 Noyabr 2026
98
01:52 / 13 Noyabr 2026
301
01:49 / 13 Noyabr 2026
879
01:42 / 13 Noyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.