COVID-19-a yoluxmuş nazir hələ də işə çıxmır
13 Noyabr 2026, 11:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
815
12.03.2026, 19:28
Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.
Bununla bağlı nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.
Ramil Cabbarovun dosyesini təqdim edirik.
1988-ci il təvəllüdlü R.Cabbarov 2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini “Marketinq” ixtisası üzrə bitirib.
2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.
2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.
2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.
2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində işləyib.
2015-2018-ci illərdə “Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə “Biznesin idarə edilməsi” kafedrasının müəllimi olub.
2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.
2018-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabrına kimi UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsində işləyib.
Daha sonra qısa müddətdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb./NOCOMMENT.az
11:40 / 13 Noyabr 2026
8
11:21 / 13 Noyabr 2026
118
11:15 / 13 Noyabr 2026
54
11:12 / 13 Noyabr 2026
64
11:00 / 13 Noyabr 2026
61
10:50 / 13 Noyabr 2026
59
10:45 / 13 Noyabr 2026
60
10:39 / 13 Noyabr 2026
69
10:25 / 13 Noyabr 2026
90
10:22 / 13 Noyabr 2026
100
10:20 / 13 Noyabr 2026
76
10:08 / 13 Noyabr 2026
315
10:02 / 13 Noyabr 2026
81
09:51 / 13 Noyabr 2026
148
09:46 / 13 Noyabr 2026
1042
09:44 / 13 Noyabr 2026
136
09:38 / 13 Noyabr 2026
105
09:34 / 13 Noyabr 2026
152
09:33 / 13 Noyabr 2026
87
09:31 / 13 Noyabr 2026
98
01:52 / 13 Noyabr 2026
301
01:49 / 13 Noyabr 2026
879
01:42 / 13 Noyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.