Rusiya Ukraynanın 1198 dronunu vurub
13 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
808
06.03.2026, 19:11
ABŞ prezidenti Donald Tramp haqqında qalmaqallı iddialar səsləndirilib. Rusiyalı hərbi jurnalist Nikolay Dolgaçev onun psixi vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.
Oxu24.com-un rusiya mətbuatına istinadla məlumatına görə Dolqaçev bildirib ki, tanıdığı və psixiatriya sahəsində işləyən həkim Trampın davranışlarını təhlil edərək onu “kəskin psixiatriya şöbəsinin klassik pasiyenti” kimi qiymətləndirib. Jurnalistin sözlərinə görə, həkim ABŞ prezidentində maniya əlamətləri müşahidə etdiyini deyib və bunu yaz aylarında baş verən psixi kəskinləşmə ilə əlaqələndirib.
Həkim həmçinin ehtimal edib ki, Trampda yaşla bağlı beyin dəyişiklikləri də müşahidə oluna bilər. Dolqaçev əlavə edib ki, həmin şəxs ABŞ liderinin qərarlarına həyat yoldaşı Melania Trampın təsir göstərə biləcəyini də istisna etməyib.
“Belə bir insanın qərarlarından asılı olanlar üçün bu vəziyyət yaxşı heç nə vəd etmir”, – deyə Dolqaçev həkimin sözlərini sitat gətirib.
Qeyd edək ki, maniya insanın əhval-ruhiyyəsinin qeyri-adi dərəcədə yüksəldiyi, həddindən artıq enerji və aktivliklə müşahidə olunan psixi vəziyyətdir. Bu zaman şəxs özünü çox güclü və ya hər şeyə qadir hesab edə, az yata və tez-tez düşünülməmiş qərarlar verə bilər. Manik vəziyyət bir sıra psixi pozuntular, xüsusilə Bipolar Disorder zamanı ortaya çıxa bilər.
15:01 / 13 Noyabr 2026
1
14:59 / 13 Noyabr 2026
30
14:50 / 13 Noyabr 2026
41
14:46 / 13 Noyabr 2026
57
14:33 / 13 Noyabr 2026
68
14:24 / 13 Noyabr 2026
290
14:17 / 13 Noyabr 2026
303
14:12 / 13 Noyabr 2026
72
14:05 / 13 Noyabr 2026
130
14:00 / 13 Noyabr 2026
79
13:43 / 13 Noyabr 2026
154
13:41 / 13 Noyabr 2026
79
13:20 / 13 Noyabr 2026
81
13:05 / 13 Noyabr 2026
177
12:57 / 13 Noyabr 2026
124
12:45 / 13 Noyabr 2026
116
12:32 / 13 Noyabr 2026
160
12:20 / 13 Noyabr 2026
105
12:17 / 13 Noyabr 2026
103
12:08 / 13 Noyabr 2026
730
11:55 / 13 Noyabr 2026
126
11:45 / 13 Noyabr 2026
195
11:40 / 13 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.