Trampın UNO HƏMLƏSİ
26 May 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
569
06.03.2026, 13:42
İran öldürülmüş ali lider Əli Xameneinin varisinin təyin edilməsini təxirə salıb. Bu qərar ABŞ və İsrailin yeni dövlət başçısının da hədəfə çevrilə biləcəyi bəyanatlarından sonra təhlükəsizlik səbəbləri ilə əlaqəli olub.
Bu barədə "The New York Times" (NYT) nəşri iki İran məmuruna istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, öldürülmüş ayətullahın oğlu Müctəba Xameneinin ölkənin yeni lideri ola biləcəyinə dair KİV-də yayılan xəbərlərdən sonra İranda onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.
NYT qeyd edib ki, əgər Müctəba Xamenei hər şeyə rəğmən İranın yeni ali lideri olarsa, bu, İslam Respublikasında sərt və mühafizəkar idarəetmə xəttinin davam etməsi demək olacaq. Nəşr Əli Xameneinin oğlunu "müəmmalı, lakin nüfuzlu şəxs" adlandırıb və onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrinin olduğuna diqqət çəkib.
İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, ali rəhbərin seçilməsi ilə bağlı dəqiq məlumat yoxdur.
"Konstitusiyamıza əsasən, ali lider prosesin gedişatında seçiləcək. Bütün rəhbərlərimiz təhlükə altındadır. Lakin ölkəmiz irəliləyir. Və bu o deməkdir ki, bizdə sistem formalaşdırılıb və bu sistem çərçivəsində yeni ali lider seçiləcək. Və heç bir problem olmayacaq", - deyə Cəlali bildirib.
Xatırladaq ki, daha əvvəl İsrail müdafiə naziri İsrael Kats sələfinin yolunu davam etdirəcək istənilən yeni İran liderinin İsrailin hədəfi olacağını bəyan etmişdi. ABŞ Prezidenti Donald Tramp daha əvvəl yeni ali liderin təyinatında şəxsən iştirak etmək istəyini bildirmişdi. Lakin eyni zamanda qeyd etmişdi ki, Xameneinin oğlu "heç kimdir".
15:51 / 26 May 2026
1
15:36 / 26 May 2026
37
15:31 / 26 May 2026
50
15:17 / 26 May 2026
263
15:15 / 26 May 2026
45
15:09 / 26 May 2026
105
15:06 / 26 May 2026
50
14:59 / 26 May 2026
61
14:52 / 26 May 2026
140
14:45 / 26 May 2026
60
14:39 / 26 May 2026
475
14:26 / 26 May 2026
81
14:17 / 26 May 2026
128
14:12 / 26 May 2026
67
14:09 / 26 May 2026
186
14:06 / 26 May 2026
83
14:02 / 26 May 2026
73
13:58 / 26 May 2026
71
13:55 / 26 May 2026
187
13:50 / 26 May 2026
74
13:41 / 26 May 2026
78
13:36 / 26 May 2026
547
13:30 / 26 May 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.