Tramp Çinə səfər etdi
13 May 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
500
06.03.2026, 10:51
İsrailin müdafiə naziri İsrael Kats İranın ali lideri Əli Xameneinin öldürülməsinə hazırlıq planları barədə danışıb.
Oxu24.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Hələ noyabrda Baş nazir (İsrailin baş naziri Binyamin Netanyahu - red.) Xamenei rejimini aradan qaldırmağı qarşıya məqsəd qoymuşdu. Həmin vaxt İsrail Müdafiə Qüvvələri və "Mossad" ilə məsləhətləşmələrdən sonra son müddət bu ilin ortalarına təyin edildi. Bu nəticə əldə edilmiş məlumatlar və "Am Kalavi" əməliyyatının (İsrailin İrana qarşı 2025-ci ilin yayında həyata keçirdiyi əməliyyatı - red.) nəticələrinə əsaslanıb", - Kats deyib.
Onun sözlərinə görə, "Am Kalavi" əməliyyatı çərçivəsində İsrail qənaətbəxş nəticələr əldə edib, xüsusilə İranın nüvə və raket proqramını alt-üst edib. "Lakin onların bu imkanları bərpa edə bilməyəcəklərinə əmin olmaq lazım idi", - Kats izah edib.
Nazir qeyd edib ki, İsrailin Baş naziri ilə ABŞ Prezidenti arasında danışıqlar və görüşlər də keçirilib.
"Əvvəlcə bir növ dialoq, daha sonra isə İranda iğtişaşlar başladı. Lakin etirazların təzyiqi altında rejimin İsrail Dövlətinə və regiondakı ABŞ qüvvələrinə qabaqlayıcı zərbə endirə biləcəyi ilə bağlı ciddi narahatlıqlar da var idi. Onlar bizim izlədiyimiz və haqqında xəbərdar olduğumuz planlar hazırlamışdılar. Nəticədə aydın oldu ki, əməliyyatı sürətləndirmək lazımdır", - Kats sonda vurğulayıb.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.